Icma.az
close
up
RU
İran Prezidentinin Azərbaycana səfərindən sonra münasibətlərin dərinləşməsi və inkişafı üçün yeni şərtlər formalaşıb RƏY

İran Prezidentinin Azərbaycana səfərindən sonra münasibətlərin dərinləşməsi və inkişafı üçün yeni şərtlər formalaşıb RƏY

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Beynəlxalq münasibətlərdə geosiyasət, yəni, mövcud olduğumuz coğrafiyada yerləşən dövlətlərlə münasibətlərin keyfiyyəti olduqca əhəmiyyətlidir. Nəticə etibarilə coğrafi mövqe hər bir dövlətin xarici siyasətini də təyin edən əsas amillərdən biri kimi çıxış edir. Coğrafi mövqeyin reallıqlarını milli maraqlar baxımından strateji üstünlüyə çevirmək bacarığı milli diplomatiyanın əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan yerləşdiyi coğrafiyada bütün qonşularla yaxşı əlaqələr yaratmağa çalışır. Təsadüfi deyil ki, tarix boyu müxtəlif mərhələlərdən keçmiş Azərbaycan-Rusiya münasibətləri bu gün məhz bu kontekstdə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin tələblərinə uyğun olaraq yüksək səviyyəyə çatdırılıb. Qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, Gürcüstanla strateji tərəfdaşlığın bütün istiqamətlərini əhatə etməklə qarşılıqlı hörmətə söykənən əlaqələrimiz var. Bu kontekstdə İran-Azərbaycan münasibətlərinin də möhkəmləndirilməsi, daha yeni səviyyəyə yüksəldilməsi üçün addımların atılması Azərbaycan xarici siyasətinin prioritetlərindən biridir. İran Prezidentinin Azərbaycana səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputatın sözlərinə görə, İran-Azərbaycan münasibətləri özünəməxsus spesifikası olan əlaqələrdir. Məsud Pezeşkianın səfəri zamanı keçirilən görüşdə hər iki qonşu ölkənin prezidentlərinin qeyd etdikləri kimi, bu münasibətlər ortaq tarixi keçmişə, ortaq mədəniyyətə, ortaq dil mədəniyyətinə söykənməklə bərabər, bu gün də dinamikdir. “Mənə elə gəlir ki, bütün bu reallıqların hamısı İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidentinə xitabında öz əksini tapıb. Çünki Məsud Pezeşkian Azərbaycan Prezidentinə “əziz qardaşım” deyə xitab etdi, dövlətimizin başçısı da iranlı həmkarına “əziz qardaşım” deyə müraciət etdi. Yəni, bu, sadəcə, gəlişigözəl sözlər, müraciətlər deyil. Bu, mövcud reallığın özüdür, tarixi, milli reallığın özüdür. Ona görə də düşünürəm ki, hazırkı mərhələdə məqsəd məhz İran-Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaqla bu sözün mənəvi haqqını real siyasi proseslərdə, real məzmuna qovuşdurmaqdır”, - deyə H.Babaoğlu vurğulayıb.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan Azərbaycan-İran münasibətlərinin məhz yuxarıda söhbət açılan fəlsəfəyə söykəndiyini xatırladan parlamentari bildirib: “Bu fəlsəfə Azərbaycanın xarici siyasətində öz məntiqi davamına söykənməkdədir. Əlbəttə ki, İran-Azərbaycan münasibətlərinin də öz prinsipləri var. Heç şübhəsiz ki, bunlar, ilk növbədə, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, münasibətlərin inkişafına üçüncü ölkələrin müdaxiləsinin yolverilməzliyi, daxili işlərə qarışmamaq siyasətidir ki, bu da Azərbaycanın xarici siyasət kursunda öz əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti 44 günlük müharibədən sonra - 2020-ci ildə Zəngilana səfər edərkən Xudafərin körpüsünə baxaraq onu “dostluq körpüsü” adlandırmışdı. Bu gün də Azərbaycan Prezidentinin siyasəti sayəsində və İranla münasibətlərimiz kontekstində artıq iki ölkənin əlaqələrində yeni körpü yaranmaqdadır. Bu, həm rəmzi məna daşıyan, həm də Araz dəhlizi vasitəsilə Azərbaycanı Naxçıvana birləşdirəcək körpüdür. Şübhəsiz ki, İran-Azərbaycan münasibətləri həm də mehriban qonşuluq prinsiplərinə, region dövlətlərinin qarşılıqlı inteqrasiyasına və yüksəksəviyyəli əməkdaşlığına söykənir. Bu mənada Azərbaycan və Türkiyənin irəli sürdüyü 3+3 formatı, onun perspektivləri İran-Azərbaycan münasibətlərinin cəzbedici tərəflərindən biridir. Eyni zamanda, daha böyük mənada Şimal-Cənub və Şərq-Qərb layihələri üzrə İranla Azərbaycanın çox böyük əməkdaşlıq imkanları var. Belə düşünmək olar ki, İran Prezidentinin Azərbaycana səfərindən sonra bütün istiqamətlərdə - humanitar, mədəni və mənəvi sahələrdə münasibətlərin dərinləşməsi, inkişafı üçün yeni şərtlər formalaşdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri