İran Qəşm adası yaxınlığında əməliyyat keçirdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İranın Hörmüz boğazındakı ən böyük adası olan Qəşm adası yaxınlığında düşmən hədəflərinə qarşı keçirilən əməliyyatla bağlı partlayış səsləri eşidilib.
“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Hörmüz boğazının girişində düşmənin hədəflərini zərərsizləşdirmək üçün həyata keçirilən xüsusi əməliyyat olub.
Mənbələrin verdiyi məlumata görə, əməliyyat uğurla başa çatıb və komandanlıq tərəfindən qarşıya qoyulan bütün tapşırıqlar tam icra olunub. Hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat verilmir.
Məlumat üçün bildirək ki, iyulun sonunda Oman və İranın Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşma üzrə danışıqlar apardığı məlum olmuşdu. Sazişin məqsədi hərbi münaqişə səbəbindən istifadə olunmayan üçüncü marşrutun bərpasıdır. Bundan əvvəl Oman boğazdan keçid üçün rüsumların tətbiqinə qarşı çıxsa da, dənizdə təhlükəsizlik sahəsində könüllü xidmətlərin göstərilə biləcəyini istisna etməmişdi.
Xatırladaq ki, bir qədər əvvəl vasitəçilər İrana ABŞ ilə 10 günlük atəşkəs təklif etmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Avqust 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















