Icma.az
close
up
RU
İran tərəfinə haqlı etiraz

İran tərəfinə haqlı etiraz

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İran Yaxın və Orta Şərqdə mövqelərini itirir. Bölgədə İrana bağlı proksi güclər bir-birinin ardınca məğlub oldu. Liderləri öldürüldü, infrastrukturları dağıdıldı. Ən son Tehran Suriyada isə açıq-aşkar fiaskoya uğradı.

Ancaq bunun təqsiri nə Azərbaycandadır, nə Türkiyədə. Suriyanın öz xalqının içindən çıxmış qüvvələr Bəşər Əsədi devirdi, ölkədə keçid hökuməti qurdu. Bu hökumət Rusiyaya, İrana bağlı silahlı gücləri Suriya ərazisindən çıxardı. Yeni yönətim Türkiyədən dəstək istədi və onu alır, alacaq. Eyni zamanda Azərbaycan da Suriyanın yeni hökuməti ilə münasibətləri bərpa edir. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriyanı müzakirə edib və Əsəd rejimi dövründə 13 il davam etmiş vətəndaş müharibəsinin dağıtdığı Suriyanın yerinə qurulmasına dəstək verəcəyini bildirib. Suriya-Azərbaycan münasibətləri rəsmi Bakı tərəfindən deyil, İranın son günə qədər dəstəklədiyi Bəşər Əsəd rejiminin təqsiri üzündən pozulmuşdu. İndi isə Azərbaycan və Suriya bu əlaqələri bərpa etmək istəyir. Bu məqsədlə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə gedib, Suriyanın keçid hökumətinin xarici işlər naziri ilə görüşüb.

Buna İrandan gələn reaksiya isə adekvat deyil. Tehranın dəstəklədiyi Əsədi devirən Suriyadır. İranı Suriyadan qovan Suriya özüdür, Azərbaycan və Türkiyə deyil. Amma nə baş verir? Güney Azərbaycanda - Ərdəbil şəhərində bir toplantıda Azərbaycan və Türkiyə prezidentləri barəsində təhqiramiz ifadələr işlədilir. Həm də İranın Ali Rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi məclisdə.

Halbuki İranın prezidenti Seyid İbrahim Rəisinin helikopteri qəzaya uğrayanda dərhal öz köməyini təklif edən Azərbaycan oldu. Helikopteri, İran prezidenti, xarici işlər naziri də daxil olmaqla yüksək vəzifəli İran rəsmilərinin cəsədlərini tapan Türkiyə oldu. Amma İranda bəzi qüvvələr dar gündə yanlarında olan Azərbaycan və Türkiyə respublikalarının rəhbərlərini təhqir edirlər. Əslində bu, Azərbaycan və Türkiyə dövlətlərini, xalqlarını təhqir etməkdir. Deməli, İtanda yaşayan on milyonlarla türkü təhqir etməkdir. Ona görə də İranın müvəqqəti işlər vəkili Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz bildirilib. Bu, tamamilə adekvat reaksiyadır.

Azərbaycan nə etməlidir? İran Suriyadan qovulub deyə Bakı Dəməşqlə münasibətlər qurmamalıdır ki? HƏMAS lideri Tehranın mərkəzində vuruldu, İrandan səs çıxmadı. Hizbullahın lideri öldürüldü, yenə də heç nə edə bilmədi. İndi də Suriyadan qovuldu. Bunda günahkar Azərbaycan və Türkiyədir?! İranın bu siyasəti nə qonşuluq, nə dostluq, nə tərəfdaşlıq münasibətlərinə sığır. Suriyanın bu günə düşməsinə səbəbkar olanlar günahı başqa yerdə axtarırlar, qəribəsi budur.

İran Yaxın Şərqdə uduzur, bu, faktdır. Odur ki, məğlubiyyəti də ləyaqətlə qəbul etmək lazımdır. Suriyanın keçid hökuməti və xalqı İranı yanında istəmirsə, buna Azərbaycan və Türkiyə nə etsin?! Öz xalqına qarşı 13 il müharibə aparmış bir diktatoru dəstəkləyəndə, bir gün bu məğlubiyyətə uğrayacaqlarını düşünməliydilər. Düşünməyiblərsə, indi nə danışırlar? Niyə danışırlar?!

Seyid Əhmədli,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Yanvar 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri