Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İran: Yaxın Şərqin son “qalası”, yoxsa növbəti dayanacaq?

İran: Yaxın Şərqin son “qalası”, yoxsa növbəti dayanacaq?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə baş verən proseslər fonunda diqqətlər İrana yönəlib. 

Əgər ABŞ və İsrail İrana müdaxilə edərsə, yaxud İranda rejim dəyişərsə, bu, Yaxın Şərqdə uzunmüddətli sabitliyin təmin olunmasına gətirib çıxara bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib ki, İranın zəifləməsi Yaxın Şərqdə bütün problemlərin həlli demək deyil. Onun sözlərinə görə, ABŞ və İsrailin hərbi müdaxiləsi nəticəsində bölgədə yeni güc boşluqları və lokal münaqişələr meydana çıxa bilər: 

“İran son dövrlərdə tez-tez Yaxın Şərq regionunun “son qalası” kimi qiymətləndirilir və onun mövqeyinin zəifləməsi də sanki bütün regional problemlərin həllinə bərabər göstərilir. Lakin reallıq daha mürəkkəbdir və İranın zəifləməsi Yaxın Şərqdə uzunmüddətli sabitliyi avtomatik olaraq təmin edə bilməz. 

İranın regiondakı təsiri yalnız öz hərbi və siyasi potensialına deyil, həm də “əl-Qüds” qüvvələri, “Hizbullah” və digər tərəfdaş şəbəkələrinə əsaslanır. Bu şəbəkələr İranın nüfuzunu qonşu ölkələrdə qoruyur və regionda balansı təsir edir. 

ABŞ və İsrailin hərbi müdaxiləsi İranı zəiflədə bilər, amma bu, regional problemləri tam həll etməyəcək. Əksinə, müdaxilə yeni qeyri-sabitlik, güc boşluqları və lokal münaqişələrin yaranmasına da səbəb olacaq”. 

Yusif Bağırzadə vurğulayıb ki, ABŞ-nin və İsrailin hərbi əməliyyat variantları, xüsusilə raket və dron hücumları, İranın müdafiə qabiliyyətinə böyük zərbə olacaq: 

“Lakin regiondakı digər aktorların - Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə və digərlərinin bu zərbələrdən sonra İranın davranışlarından asılı olaraq öz geosiyasi maraqlarını qorumaq məcburiyyəti orataya çıxacaq. Bu isə yeni qarşıdurma və diplomatik gərginliklər yarada bilər. Qeyri-dövlət aktorlarının rolu da mühümdür. 

“Hizbullah”, HƏMAS və digər İran tərəfdarı qruplar hər hansı müdaxiləyə qarşı müqavimət göstərə bilər. Bu isə münaqişəni lokal, amma uzunmüddətli döyüş meydanına çevrilmə ehtimalını artırır. Eyni zamanda, İranın zəifləməsi enerji və iqtisadi təsirləri də doğurur. Neft marşrutları və ticarət axınları dəyişə, neft qiymətlərində dalğalanmalar ola bilər. 

ABŞ və İsrail müdaxiləsi yalnız hərbi üstünlük qazanmaqla məhdudlaşmayacaq. İranın nüfuzunun zəifləməsi bölgədə yeni güc balanslarını yaradacaq. Bu isə digər dövlətlər arasında rəqabəti artıraraq sabitliyi qısa müddət üçün də olsa poza bilər. Qərb təsiri güclənə bilər, amma regionda yeni gərginliklər, qarşıdurmalar və qeyri-sabitlik ehtimalı yüksək olaraq qalacaq. 

Odur ki, İranın zəifləməsi Yaxın Şərqdə “heç bir problem qalmayacaq” iddiasını doğrultmur. Bu müdaxilə yalnız qısamüddətli hərbi üstünlük gətirə bilər, amma yeni regional gərginliklər yaratma ehtimalı da kifayət qədər yüksəkdir”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: İran Yusif Bağırzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri