Icma.az
close
up
RU
İranda çadradan imtina, yoxsa müvəqqəti yumşalma siyasəti?

İranda çadradan imtina, yoxsa müvəqqəti yumşalma siyasəti?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

Bir neçə gündür sosial şəbəkələrdə İran küçələrində hicabsız, niqabsız, çadrasız qadınların görüntüləri tirajlanır.

Bu qadınlar dəbin ən son trendinə uyğun geyimləri, saç düzümləri və makiyajları ilə həqiqətən də göz oxşayırlar.

Amma və lakin İran hökumətinin çadraya qarşı yumşalma siyasəti bir sıra azərbaycanlıların xoşuna gəlməyib. Özü də İranda yaşayan azərbaycanlıların deyil, məhz Azərbaycanda, ələlxüsus Bakıda yaşayanların.

Azərbaycanda yaşayanlar iddia edirlər ki, İranda qadınlar çadradan imtina edərsə, o zaman namus-qeyrət əldən gedər. Buna heç bir halda yol vermək olmaz.

Maraqlı iddiadır. Sən demə, İran qadınlarının namus-qeyrətini Azərbaycanda yaşayan bir qrup adam qoruyurmuş.

Bu adamlar çox böyük şövqlə bildirirlər ki, bu qadınlar mütləq hicaba, niqaba, çadraya qayıtmalıdırlar. Özü də təcili.

Heç kimə sirr deyil ki, İranın şah dövründə iranlı qadınlar çox müasir xarici görünüşə malik idilər. Hərəkətlərində isə maksimal dərəcədə azad. Bu hadisələri özündə əks etdirən xeyli sayda foto-video dəlillər indiyə kimi mövcuddur.

Lakin İslam İnqilabından sonra İranda şəriət hökuməti qurulduğu üçün qadınlar sosial vəziyyətindən asılı olmayaraq qara çadraya büründülər. Bir məqamı anlamalıyıq ki, İran teokratik dövlət quruluşu olduğu üçün çadra bu yeni qurulan dövlətin simvolu idi.

Bu simvol özündə mütləq tabeliyin, haqq və azadlığın çadranın icazə verdiyi yerə mümkünlüyünü ifadə edir. Bu siyasi quruluşda çadra həm siyasi, həm də sosial alətə çevrilir.

Çünki ölkəyə quş uçuşundan baxanda (sosial-siyasi rakursdan) simasız, fərq və fərdilik olmadan, rəngsiz, sadəcə qara kütlə görünür.

Təbii ki, bu quruluşda kütləni idarə etmək də daha imtiyazlıdır.

Bu quruluşu qəbul etməyənlər ölkəni elə inqilab dövründə tərk edərək, əvvəlki həyat tərzinə uyğun Qərb ölkələrində yaşamağa davam etdilər.

Lakin ölkəni tərk edə bilməyən xeyli sayda insan yeni quruluşu qəbul etmədən yaşamağa davam etdilər.

Bu qəbildən daxili narazılığı dəf etmək üçün yeni quruluş "əxlaq polisi" və mexanizmlər yaratdı ki, çadra simvolu daha dayanıqlı və möhkəm olsun. Lakin zamanla ən sərt addımlar belə nəzarətdən çıxan gedişata təsir edə bilmir.

Gəlin bir az əvvələ qayıdaq. 2022-ci ilin sentyabrına. Məhsa Əmini adlı gənc qız "əxlaq polisi"nin diqqətinə tuş gələrək hicabı "doğru" taxmadığı üçün əvvəl polis bölməsinə aparılmış, daha sonra isə orada şiddət gördüyü üçün həlak olmuşdu.

Bu hadisəni İran hökuməti nə qədər ört-basdır etməyə çalışsa da, Məhsanın ölümü ilə İranda geniş qadın hərəkatı başladı. Onun dəfni zamanı yüzlərlə qadın hicablarını başlarından çıxarıb yandırdı.

Məktəbli qızlar dərsə başlarını örtmədən gəldi. İran hökuməti kütləvi şəkildə itaətsizliklə qarşılaşdı. Tehran və digər böyük şəhərlərdə qadınlar küçələrə çıxıb etiraz bildirdilər. Ölkədə qadınlarla bərabər kişilər də dini rejimə qarşı küçələrə çıxdı.

Etirazlar bir neçə ay davam etdi. Polis ilə qarşıdurmalar zamanı 500-dən çox insan həyatını itirdi. Onların arasında yetkinlik yaşına çatmayan insanlar da var idi.

Teokratik dövlət çətin də olsa, hərəkatı boğa bildi.

Hətta Məhsanın ölümünün ildönümlərində onun məzarını ziyarətə gələnlərə qarşı güc tətbiq edildi. İran hökuməti Məhsanın ölümündən sonra onun qəhrəman olacağından çəkindi.

İranın siyasi və iqtisadi çətinlikləri bu gün onu hicabla bağlı güzəştə getməyə məcbur etdi.

Sanki qaynayan qazanın qapağını bir az açıb, içində yığılıb qalan enerjinin çıxması üçün.

İranın ümumi əhalisi açıq mənbələrdə 97 milyon göstərilir. Əhalinin 60%-i 30 yaşdan aşağıdır. Bu isə o deməkdir ki, əhali gənc və cavandır. Nəzərə almalıyıq ki, bu yeni və gənc nəslin formalaşması qloballaşmanın və sosial medianın gücləndiyi dövrə təsadüf edir. Nə qədər İran qapalı ölkə olsa da, gənclərin dünyaya çıxışı mövcuddur. Bu isə beyinlərdə suallar yaradır. Niyə İran gəncinin hüquq və azadlıqları məhdudlaşdırılmalıdır?

Bu sual gənc İran qadınlarının dilindən daha çox səslənir. Gənclər daha sərbəst davranış və sosial münasibətə can ataraq "hicaba" qarşı çıxırlar.

Çox yaxın günlərə kimi İranda "əxlaq polisi" küçədə istədiyi qadını və kişini davranışının "düzgün" olmadığı və ya hicabı "düzgün" örtmədiyi üçün şallaqlaya, ya da həbs edə bilərdi. Hicab hökumət üçün siyasi və mədəni təzyiqin aləti kimi istifadə olunur və kütləni təzyiq altında saxlamağa yardım edir.

Digər tərəfdən isə İran hökumətinin qandallı-həbsxana idarə üsulu insanların bir çoxunun dindən tamamilə uzaqlaşıb ateizmə üz tutmasına gətirib çıxarıb. İran İslam Respublikasının əsas dayağı olan dini təsir qüvvəsi hər gün daha da zəifləyir.

Bundan başqa İran hökumətinin başını ağrıdan və varlığını sual altında qoyan daha iki problem mövcuddur: Siyasi və iqtisadi.

İrana qarşı yeni sanksiyaların qüvvəyə minməsi o deməkdir ki, iqtisadi vəziyyət daha da çətinləşəcək. Bu isə ölkədə yaşayan hər kəsə təsir edəcək.

İkincisi, İranın nüvə silahını yaratmaq uğrunda apardığı mübarizə onu daha bir müharibəyə sürükləyir.

Bu isə o deməkdir ki, bu gün İran İslam Respublikasının ayaqda qalması onu "hicab" problemindən daha çox narahat edir.

Əgər yaxın üç ay ərzində yeni müharibə başlayarsa, o zaman İran hökuməti xalqdan tam dəstək istəyəcək. Bunu da almaq üçün hökumət onlara "nəsə" verməlidir.

Bu hər "nəsə" iqtisadi və siyasi əminlik olmadığı üçün hadisələrə "romantik" don geyindirilərək "insan hüquq və azadlıqları" kimi çəhrayı eynək rolunu oynaya bilər. Yəni ki, "nə olsun ki, başımıza raketlər tökülür, əsas odur ki, "əxlaq polisi" çadraya görə heç kimi cəzalandırmır".

Kim necə istəyir, elə də gəzsin. İstər baş açıq, istər başı bağlı.

Amma unutmaq lazım deyil ki, çadra məsələsi sistem üçün əsas idarə və nəzarət vasitəsidir. İran mövcud iradə üsulunda isə heç vaxt bundan imtina etməyəcək və heç bir yumşalma onun əsas hədəflərini dəyişdirmir. Təəssüf ki, bu, sadəcə müvəqqəti siyasi addımdır. Ümid edirəm, İran qadını bir gün əsl və həqiqi azadlığına qovuşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri