Icma.az
close
up
RU
İranda hakimiyyət böhranı: Son istefalar nədən xəbər verir? (ŞƏRH)

İranda hakimiyyət böhranı: Son istefalar nədən xəbər verir? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Zərif SEPAH-ın təzyiqləri fonunda istefa verməyə məcbur oldu".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin istefa verməsini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, İranın siyasi strukturu üç əsas qüvvənin qarşılıqlı təsiri ilə formalaşır:

"Bu qüvvələrin hər biri ölkənin daxili və xarici siyasətində mühüm rol oynayır. Birinci qüvvə Sasani düşüncə tərzini təmsil edənlərdir. Onlar əsasən islahatçı qanadda cəmləşib və Qərbə meyilli siyasət yürüdürlər. Radikal addımlardan çəkinərək, diplomatiya və dialoqu üstün tuturlar. Tarixi baxımdan, bu qrup İranın qədim imperiya keçmişini bərpa etməyə və ölkəni beynəlxalq arenada daha sekulyar bir aktora çevirməyə çalışır. İkinci qüvvə məzhəbpərəst dairələrdir. Onların böyük əksəriyyəti mühafizəkar qanadın içərisində yer alır. Siyasi baxışlarının nəticəsi olaraq, şiə hilalı konsepsiyası gündəmə gəlmiş və İranın Yaxın Şərqdə, xüsusilə də Suriyadakı münaqişələrə müdaxiləsi bu ideologiya çərçivəsində həyata keçirilib. Bu qrup İranın dini və ideoloji liderliyini gücləndirmək məqsədilə regional təsir dairəsini genişləndirməyə çalışır. Üçüncü qüvvə isə mötədil ümmətçi xətti təmsil edənlərdir. Onların İran siyasətinə təsiri olduqca zəifdir. Bu qrup İranın müsəlman dünyası ilə, xüsusilə Türkiyə və Pakistan ilə daha sıx əlaqələr qurmasını, İslam həmrəyliyinin gücləndirilməsini dəstəkləyir".

Lakin Azər Hüseynov bildirib ki, ölkədə dominant olan iki əsas güc - Sasaniçi və məzhəbpərəst qruplar - onların səsini boğduğuna görə, bu xəttin İranın siyasi kursuna təsiri məhduddur: 

"Bütün bu siyasi konfiqurasiya fonunda Məhəmməd Cavad Zərifin mövqeyi və istefası xüsusi əhəmiyyət daşıyır. İranın keçmiş xarici işlər naziri olan Zərif islahatçı siyasətçi kimi tanınır və Qərblə konstruktiv dialoq aparmağa meyillidir. O, prezident Məsud Pezeşkian tərəfindən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin edildikdən sonra gözlənilmədən istefa verdi. Zərif istefasının əsas səbəbi kimi Pezeşkianın kabinetində mühafizəkarların da yer almasını göstərib". 


Amma ekspertin fikrincə, məsələ təkcə bununla məhdudlaşmır. O bildirir ki, Zərifin istefasının arxasında SEPAH-ın təzyiqləri dayanır:

"Onun gedişinin arxasında SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) təzyiqləri də dayanır. Zərifin Qərblə yeni diplomatik açılım etməyə maraqlı olması və eyni zamanda Rusiya ilə Çin siyasətinə qarşı çıxması SEPAH-ın narazılığına səbəb olub. Bununla yanaşı, onun İranın Fələstin məsələsinə dair mövqeyinin dəyişdirilməsinə dair fikirləri və SEPAH-ı açıq şəkildə tənqid etməsi də istefasına təsir edən amillər sırasındadır".

Azər Hüseynov düşünür ki, Pezeşkianın Zərif ilə bağlı verəcəyi qərar Ali dini liderin mövqeyindən asılıdır:

"Pezeşkian islahatçı qanadın əsas təmsilçisi olaraq öz komandasını qorumaq istəyir və bu səbəbdən Zərifin istefa ərizəsini dərhal qəbul etməyə tərəddüd edir. Onun bu məsələdə necə davranacağı, əsasən, Ali dini liderin mövqeyindən asılı olacaq. Əgər ali rəhbər istefanı müsbət hesab edərsə, bu, mühafizəkarların daha da gücləndiyini göstərəcək. Əks halda, Pezeşkian və islahatçı qanad müəyyən dərəcədə öz mövqelərini qorumaq şansı əldə edəcəklər. İranın siyasi səhnəsində bu cür qarşıdurmalar davam etdikcə, ölkənin xarici və daxili siyasət kursu da qeyri-müəyyən olaraq qalır".

Konfliktoloqun fikrincə, Zərifin istefası, əslində, islahatçıların sistem daxilində nə qədər zəif olduğunu və mühafizəkarların üstünlüyünün getdikcə artdığını göstərən bir hadisə kimi qiymətləndiriləcək:

"Bunun İranın gələcək diplomatik siyasətinə necə təsir edəcəyini isə zaman göstərəcək". 

Qeyd edək ki, İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib. Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı. Prezident Məsud Pezeşkian hələki Zərifin istefa ərizəsini qəbul etməyib.

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri