Icma.az
close
up
RU
İranda hicab islahatı: Baş örtüyü ilə bağlı tam sərbəstlik verilir?

İranda hicab islahatı: Baş örtüyü ilə bağlı tam sərbəstlik verilir?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bu günlərdə İran rəsmilərinin hicabla bağlı açıqlamaları geniş müzakirə mövzusuna çevrilib. İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, bundan sonra İranda məcburi hicab qadağasının tətbiqinə ehtiyac yoxdur. Onun sözlərinə görə, qanunun icrası artıq hüquqi baxımdan mümkün deyil və heç bir cəza tədbiri ilə nəticələnməyəcək:


“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.


İran Prezidenti Məsud Pezeşkian da son açıqlamasında hicabın məcburi olmamasının gərəkdiyini bildirib.

Maraqlıdır, son açıqlamalar İran rejiminin bu məsələdə islahata getdiyinin işartısıdırmı? Məcburi hicab qərarının ləğvi ilə İranda qadınlar baş örtüyü ilə bağlı tam sərbəstlik əldə edə bilərmi?

Mövzu ilə bağlı Bakupost.az -a danışan siyasi şərhçi Kənan Rövşənoğlu bildirib ki, 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra hicab məsələsi ciddi müzakirələrə səbəb oldu. 2024-cü ildə İranda hicabın sərtləşdirilməsi ilə bağlı “Hicab və iffət” adlı qanun qəbul olundu. Lakin indi həmin qanunun icrası dayandırılıb:

“İranda, xüsusən də böyük şəhərlərdə bir çox insan onsuz da bu qanuna riayət etmir. Ona görə mühafizəkarlar bu qanunu qəbul etdilər ki, hicaba riayət etməyənlərə daha sərt cəzalar tətbiq olunsun. Məsud Pezeşkianın prezident seçilməsindən sonra bu qanunun icraya yönəldilməsinə Ali Təhlükəsizlik Şurası tərəfindən veto edildi. Ona görə də qanun artıq icra olunmur. Bu da belə müzakirələrin ortaya çıxmasına səbəb olur. Amma söhbət hicabın ləğvindən getmir. Bu, 1979-cu ildə qəbul olunmuş qanundur və ləğv olunması üçün xüsusi bir referendum və ya yeni qanun qəbul edilməlidir”.

K.Rövşənoğlu qeyd edib ki, hicab məsələsində İranda ənənəvi olaraq “islahatçılar” və “mühafizəkarlar” arasında ciddi fikir ayrılığı var:

“Bir qayda olaraq, islahatçı hökumətlər dövründə hicabla bağlı sərt qaydalar tətbiq olunmur, nəzarət zəifləyir. Amma mühafizəkar hökumətlərin dövründə hicaba nəzarət daha da sərtləşir. Bu, illərdir belədir.

Hazırda islahatçı hökumət olduğu üçün hicab məsələsində müəyyən yumşalma müşahidə olunur. Üstəlik, ölkədə ciddi inflyasiya, iqtisadi və sosial geriləmə var. Hökumət buna görə də “baş örtüyü” kimi mövzularda əlavə gərginlik yaratmaq istəmir. Ancaq bu, mühafizəkar qanada aid deyil. Əgər İranın növbəti prezidenti mühafizəkar olsa, o zaman hicab qaydaları yenidən sərtləşəcək.Yəni, əgər hicabın ləğvindən söhbət gedirsə, tam sərbəstlik mümkün deyil. Amma ümumi yumşalma hazırda da müşahidə olunur. Xüsusilə Tehran kimi böyük şəhərlərdə hicaba ciddi nəzarət yoxdur”.

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri