Icma.az
close
up
RU
İranda qeyri fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır

İranda qeyri fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Dünya Ana dili gününün keçirilməsindən bir neçə gün sonra, yəni fevralın 26-sı İran parlamentində bir layihə təqdim olundu. Bu layihənin də mahiyyətində bu var idi ki, orada qeyri-fars millətlər üçün həftədə iki saat yeddinci və 10-cu siniflər üçün şərait yaradılsın ki, onlar öz dili və ədəbiyyatı haqqında məlumat alsınlar. Yəni “dil öyrənsinlər” deyil, dil və ədəbiyyat haqqında bir az məlumat alsınlar. Bu layihə 47 ildən sonra İran parlamentində gündəmə gətirildi və orada biz gördük ki, 246 “millət vəkilləri”ndən ibarət parlamentin iclasında 130 millət vəkili buna “yox” dedi. Beş nəfər tərəfsiz qaldı və 104 nəfər millət vəkili buna səs verdilər. Orada müxalif olanlar iddia etdilər ki, bu da İranın ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, halbuki bu layihənin hazırlanması, əsası onların dediyinə görə, İran konstitusiyasının 15-ci maddəsinə dayanır: “Orada nəzərdə tutur ki, fars dili rəsmi dildir, müştərək dildir, amma onunla yanaşı mətbuatda, məktəblərdə və s. digər xalqların dilləri də azaddır. Yəni oxuya bilərlər, bu davranış cinayət məsuliyyəti təşkil etmir. Hətta öz yazdıqları konstitutsiya əsasında qanun layihəsini parlamentə gətirirlər və sonra deyirlər ki, bu qanun ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşıdır. Bu da o deməkdir ki, İranda qeyri-fars millətlərinin dilinə, mədəniyyətinə və milli kimliyinə münasibətdə bir sistematik məhvetmə siyasəti var və bu siyasəti açıq şəkildə ortaya qoyulub”.

Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib ki, bu layihə BMT-nin beynəlxalq mədəni və siyasi normativlərinə görə, mədəni soyqırıma bərabərdir.

“Yəni əgər orada bir millətin dili, kimliyi, mədəniyyəti farslaşdırılırsa və ya inkar olunursa, onlar təhqir olunursa, demək ki, bu da məqsədyönlü aparılan bir siyasətdir və bu məqsədyönlü siyasətin də adı mədəni soyqırımdır. Bu mədəni soyqırım siyasətindən XXI əsrdə bu fars- molla rejimi əl çəkmək istəmir”-deyən Sadiq İsabəyli hesab edir ki, İranın Azərbaycan türklərinə münasibəti düşmənçilik əsasında formalaşan bir münasibətdir.

“Bu, artıq onların ideoloji, siyasi mahiyyətini təşkil edən bir sürəcə keçib. Ondan da əl çəkmək istəmirlər. Əl çəkə də bilmirlər və çalışırlar ki, elə o ideologiya əsasında siyasətlərini aparmaqla hegemonluq məqsədlərinə çatsınlar. Bütün cəhdləri budur ki, desinlər ki, “İran yalnız fars dili əsasında formalaşan bir ölkədir. Orada digər millətlərin varlığı, mövcudluğu, kimlikləri artıq rəsmiyyətlə tanımır və bu əsasda da çalışırlar ki, siyasətlərini aparsınlar”-deyən siyasi şərhçi bildirib ki, biz öz növbəmizdə təbii ki, bütün bu proseslərə mədəni etirazlarımızı bildiririk.

“Millətimiz artıq neçə gündür ki, müxtəlif formada bu məsələyə öz etirazını bildirir. Çünki haqlı olduğumuzu biz əsaslandırırıq. Yəni BMT-nin qəbul etdiyi qərarlar bizim millətə o imkanı verir ki, öz milli, mədəni hüquqlarını müdafiə etsin, onunla bağlı mübarizə aparsın. Təbii ki, bu istiqamətdə biz çalışırıq. Çalışırıq ki, millətimizə də bunu çatdıraq ki, bu, Azərbaycan türklərinə qarşı fars-faşist rejimi tərəfinə yönəlmiş bir soyqırım siyasətidir və biz icazə verə bilmərik ki, Azərbaycan dili və mədəniyyəti sistematik şəkildə qadağan edilsin, təhrif edilsin və millətimizin mədəni varlığı onun əlindən alınsın.

Siz görürsünüz ki, bir çox yığıncaqlarda millətimiz bir ağızdan deyir ki, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”... Bunlar ciddi məsələlərdir. Ola bilsin ki, bu gün fars rejimi hələ də Azərbaycan dövlətinə, Azərbaycan dövlətinin xoş niyyətinə qarşı düşmənçilikdən əl çəkməsin, Güney Azərbaycanda yaşayan 40 milyondan çox Azərbaycan türkünün milli, mədəni və dil haqqını dansın və onu inkar edərək çalışsın ki, bu hüquqlardan o milləti məhrum etsin”-deyə Sadiq İsabəyli qeyd edib.

“Bir məsələ də göz qabağındadır ki, İranla bağlı çox ciddi bir proses gedir. Zamanı gəldikdə fars rejimi bütün bu etdikləri zülmlərin bədəlini ödəmək məcburiyyətində qalacaqlar”-deyə siyasi şərhçi bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri