“İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki...”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“İranda baş verənlər inqilabın xalq işi olması kimi sadəlövh yanaşmaları bir daha kökündən çürütdü. Tramp və ya hər hansı maraqlı güc dəstək versəydi və İranda rejim dəyişsəydi, tarix belə yazacaqdı: İran xalqı ayağa qalxdı və narazı olduğu rejimi devirdi. Dəstək olmadı deyə inqilab və ya xalqın etirazı rejimi daha da gücləndirdi. Çünki idarəetmədəki bütün boşluqlar kəşf olundu. Sui-qəsdçi maraqlar dəstək vermədikdə inqilab xalqı, sadəcə, öldürür”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
“Nə Böyük Fransız inqilabı, nə rus proletar inqilabı, nə də digər hər hansı inqilab xalq gücüylə gerçəkləşmədi. Hər inqilabın gizli müəllifləri vardı. İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki, müəllifləri daha tez istədiklərinə nail oldular.Yəni xalqın tarix yazmaq gücü və bacarığı yoxdur. Tarixi hadisənin də hər hansı bir əsər kimi müəllifi və ya müəllifləri var.İran türkləri XX əsrdə iki dəfə inqilab edib acı dadını bilirdilər deyə çox da canfəşanlıq etmədilər və haqlı olduqları üzə çıxdı. Çünki inqilabda əsas gücün xalqda deyil, hadisələrin müəllif və ya müəlliflərində olduğunu gözləriylə görmüşdülər.Bu elə bir məsələdir ki, bu məsəldə bilməmək xoşbəxtlik gətirmir, adamı öz bədbəxtliyindən də məhrum edir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















