Icma.az
close
up
RU
İrandakı mövcud rejim ölkə əhalisini “bizdən olanlar” və “bizdən olmayanlar” deyə 2 yerə bölüb, idarə etməyə çalışır

İrandakı mövcud rejim ölkə əhalisini “bizdən olanlar” və “bizdən olmayanlar” deyə 2 yerə bölüb, idarə etməyə çalışır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son aylarda İranda baş verən etiraz aksiyaları ölkə tarixində ən qanlı hadisələrdən biri olaraq yadda qalıb. 2025–2026-cı illərdə başlayan bu aksiyalar, hökumətin qərarları və sosial narazılıqlar səbəbi ilə geniş kütlələrin küçələrə çıxmasına səbəb oldu. Təəssüf ki, bu etirazlar böyük insan itkiləri ilə nəticələndi. Lakin dəqiq rəqəmlər hələ də müəyyənləşdirilməyib, çünki həm hökumət, həm də beynəlxalq təşkilatlar məlumatları müxtəlif şəkildə təqdim edirlər. Fərqli mənbələr müxtəlif rəqəmlər verir. Rəsmi İran hökumətinin açıqlamasına görə, aksiyalarda təxminən 3,117 nəfər öldürülüb. Human Rights Activists News Agency (HRANA) tərəfindən təqdim olunan məlumatlarda təsdiqlənmiş ölü sayı 5,000 nəfər civarındadır. Müxtəlif müstəqil mənbələr və həkim məlumatlarına əsaslanan hesabatlarda bu rəqəm 16,500–18,000 nəfər kimi göstərilir. Bəzi sızan və qeyri-rəsmi hesabatlar isə ölü sayının 30,000-ə yaxın və ya daha çox ola biləcəyini iddia edir.İran rejimi bu aksiyalar fonunda nə zaman qədər davam gətirə biləcək?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda etiraz aksiyalarında ölən insanların sayı ilə bağlı müxtəlif məlumatlar var: “36-43 minə qədər deyilir. Mənim öz araşdırmalarım və keçmiş təcrübələr bunu göstərir ki, say daha çoxdur. Bu rəqəm 50 mini də keçə bilər”.

Sadiq İsabəyli

“İrandakı mövcud rejim öz varlığını qəddarlıq üzərində qurub. Rejim öz vətəndaşlarını basqı altında saxlamağı siyasi hakimiyyətini davam etdirməyin yolu kimi görür. İran rejimi illərdir belə bir siyasət yürüdür ki, bu rejimə müəyyən bir kütlə lazımdır. O müəyyən kütlə 3-5 milyon arasındadır. Bu 3-5 milyonun həyatını, məişətini, işini təmin etməklə və ideoloji hakimiyyətin yanında saxlamaqla, digər kütləni də çox rahatlıqla idarə edə bilərlər. Rejimin vətəndaşlara olan münasibəti əsasən budur. Yəni İranda insanların normal həyatına baxsaq, görərik ki, əvvəldən bu rejimdən imtina ediblər. Yəni rejim onların varlığını rəsmiyyətlə tanımır. Bir hakimiyyət olaraq onların hüquq və azadlıqlarının məsuliyyətini daşımır. Kütlə də sadəcə orada birtəhər yaşayır və çalışır ki, ömrünü sürdürsün. Yəni əsas reallıq budur”-deyə Sadiq İsabəyli qeyd edib.

Siyasi şərhçinin fikrincə, çoxluq təşkil edən rejimdən qopmuş kütlə zaman–zaman, “bıçaq sümüyə dirənəndə” etiraza başlayır: “Bu etirazlarda biz o iqtisadi-sosial vəziyyətin nə qədər böhranlı bir hala gəldiyini, insanların gündəlik həyatına necə təsir etdiyini gördük. Rejim kütlənin hakimiyyətə verdiyi legitimlik əsasında özünü hakimiyyətdə saxlamır ki, deyək ki, bu yoxdursa, o zaman bu rejim gedəcək. Rejim öz siyasətini o şəkildə qurmağa çalışıb. Bir qrup fanatik tərəfdarları olacaq, o fanatik tərəfdarların bütün şəraiti təmin olunacaq. Onların tutduğu ideoloji təşkilatlanma çoxluğu idarə etməyə hazır olacaq və yeri gələndə hakimiyyətin yanında, hakimiyyətə dəstək üçün etirazlara çıxacaq, hətta kütləni və yaxud digər dövlətləri təhdid etmək üçün müxtəlif təbliğat kampaniyalarına qoşulacaq. Qalan kütlə artıq səsi batmış kütlə kimi sayılacaq və ortada olmayacaq. Bu yanaşma işlədiyi müddətdə rejim fikirləşir ki, dirənə biləcək və öz siyasi hakimiyyətini davam etdirə biləcək. Xameneinin də yanaşması bundan ibarətdir. O, dəfələrlə bu bölüşdürməni aparıb. Dini lider deyir ki, “bizdən olanlar” və “bizdən olmayanlar”… “Hizbullah”, radikal qüvvələr dediyimiz adamlar şəhərdə istənilən cinayətə əl ata bilirlər. Bu, onlar üçün normaldır. Məsələn; yolda gedən bir başı açıq-saçıq qız uşağını döysünlər, incitsinlər, saçından tutub sürüsünlər. Yəni bir zamanlar, hətta onların üzünə yandırıcı mayelərdən atırdılar ki, üzləri yansın. Bu cinayətkarları heç bir hüquqi təqib gözləmirdi. "Edən “hizbullahi”dir, yaxşı edib" deyirdilər və edilənlərə "haqq" qazandırırdılar. Bu fonda rejim "3-5 milyonluq kütlə mənim yanımdadır, məni qoruyur, mənim təbliğatımı aparır, digərləri önəmli deyil. Öldürülməlidirsə, öldürüləcək" düşüncəsi ilə hərəkət edir”.

“Son hadisələrdə 2 gecədə qəddarlıqla 50 mindən çox insan öldürüldü, 350 min yaralı var, 60 min insanın gözləri kor olub. Həbs olunanları bir sıra anqarlara yığıblar. Onları 50-100 olaraq dəstə-dəstə öldürürlər. Həkimlər yazır ki, guya onları aksiyalarda terrorçular öldürüb. Sonra həmin cəsədləri ailələrinə 5000-7500 dollar arasında satırlar”- deyən siyasi şərhçi hesab dir ki, bu rejim əlində silah olduğu müddətdə dirənəcək və öz hakimiyyətini davam etdirəcək.

İradə Cəlil,Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri