İrandakı mövcud rejim silahlanmaya xərclədiyi pulu əhalisinin rifahı üçün xərcləsə, xalq etiraz üçün aksiya keçirməz
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Politoloq Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aksiyalarda daha çox Rza Pəhləvinin adı çox hallanır, bu da etirazçılar arasında müəyyən qıcıq yaradır: “Bu etiraz aksiyasının nəticəsində monarxistlərin faydalanmasını heç kim istəmir. Yəni bütövlükdə millət olaraq, milli qeyri-farslar istəmir. Çünki Rza Pəhləvidən və Məhəmməd şah Pəhləvidən həmin etnik qruplar gördüklərini görüblər. Onların qoyduğu ponfarsizm ideologiyası bu gün də öz təsirini göstərməkdədir və bu gün də hakimiyyətdədir. Ona görə Məhəmməd Rza şahın oğlu Rza Pəhləvi ilə bağlı məsələdə həmrəy deyil. Amma ümumilikdə, mövcud Tehran hakimiyyətinə qarşı etiraz aksiyasını fars olmayan etnik qrupların ayrı-ayrı ictimai, siyasi, mədəni təşkilatları dəstəkləyirlər. Onlar özü bu barədə verdikləri açıqlamalarda Rza şahı dəstəkləmirlər, yaxud Rza Pəhləvi ilə bağlı verilən şüarları səsləndirmirlər. Onlar “Xameneiyə ölüm”, iqtisadi və sosial vəziyyətin normallaşması, maliyyə vəziyyətinin normallaşması ilə bağlı şüarlar səsləndirir və islahatlar tələb edirlər. Bunun ümumi prosesə heç bir dəxli yoxdur. Yəni Rza Pəhləvinin apardığı aksiyaya heç bir dəxli yoxdur. Sadəcə olaraq, yaranmış vəziyyətdən Rza Pəhləvinin tərəfdarları, monarxistlər istifadə edir və onun da adını hallandırırlar. Onun adını hallandırmaqla, əslində həmin qüvvələr hakimiyyətə işləmiş olurlar. Çünki etiraz aksiyalarının bütün ölkəni əhatə etməsi üçün Rza Pəhləvinin adı hallanmamalıdır. Rza Pəhləvinin adının hallanması digər milli qüvvələr arasında etirazla qarşılanır və qıcıqlandıqlarından o aksiyada iştirak etmirlər. Sadəcə olaraq, kənardan durub prosesə baxmaq istəyirlər”.
Sədrəddin Soltan
Politoloq hesab edir ki, monarxistlərin, yaxud monarxistlərin tərəfdarlarının irəli sürdükləri şüarlar yanlış şüardır. Bu prosesin yeganə şüarı rejimə qarşı şüarlar olmalıdır.
Sədrəddin Soltan qeyd edib ki, Türklərin qarşı etirazları ilə yanaşı, onların klassik şüarı var: “Azadlıq, ədalət, milli hökumət”.
“İranda yaşayan türksoylu xalqlar bu rejimə qarşı çıxmaqla yanaşı, həm də azadlıq, ədalət, milli hökumət istəyirlər. İranda hansı hakimiyyət gəlir, gəlsin, Azərbaycan türklərinin hədəfi bəllidir: "İrana demokratiya, Azərbaycan türklərinə muxtariyyət"… "Bu etiraz aksiyasının bizə aidiyyatı yoxdur" deməklə, mövcud hakimiyyətə qarşı xidmət etmiş olurlar. Biri var iştirak etməyib, tərəfsiz vəziyyətdə qalsınlar, bir də ki var deyir ki, "bunun bizə dəxli yoxdur". İstər zəif dərəcədə olsun, istər yüksək dərəcədə olsun, fərqi yoxdur, hakimiyyətə qarşıdır. Hakimiyyətin iqtisadi, maliyyə və sosial siyasətinə qarşıdır. İranın bu istiqamətlərdə tətbiq etdiyi siyasət yarıtmazdır. Bu səbəbdən də ölkə vətəndaşları mövcud ağır, acınacaqlı duruma düşüblər. İranda hesablamalara görə, ona görə 10 raketə xərclənən pulla İranda yanacağın, yəni benzinin keyfiyyətini yüksəltmək olar. Yəni Tehran hakimiyyəti sürətlə silahlanmaya, raketə, müxtəlif bu tip məsələlərə, güc strukturlarını artırmağa, güc strukturları qüvvələrinin sayını artırmağa xərclədikləri pulu ölkənin sosial probleminin həlli istiqamətində xərcləmir. Cəmiyyətin etirazını qarşılamaq əvəzinə, onları öldürmək ziyanlı hadisədir. Ötən illərdə “hicab” etiraz aksiyaları zamanı da xeyli sayda adam öldürülmüşdü. Ondan əvvəl 2016-cı ildə qiymətlərin bahalığı ilə bağlı etiraz aksiyalarında xeyli adam öldürülmüşdü. 2010-cu ildə də Azərbaycan türklərinin təhqir olunması etiraz aksiyaları zamanı xeyli sayda insan şəhid edilmişdi və s. Yəni bu iddialarından əl çəkib qarşı tərəflə danışığa getmək və daha münasib yollar axtarmaqdansa, Tehran hakimiyyətinin belə sərt davranışları mövcud vəziyyətə səbəb olur. Bu etiraz aksiyaları iğtişaş deyil, iğtişaş kimi adlandırmaq oradakı etirazçılara müəyyən mənada "qarşı" təbliğatdır”-deyə Sədrəddin Soltan bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 08 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















