Icma.az
close
up
RU
İranın müharibəni davam etdirmək üçün yetərincə raketi var WSJ

İranın müharibəni davam etdirmək üçün yetərincə raketi var WSJ

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İsrailin kütləvi hücumlarından sonra İranın arsenalında hələ də zədələnmiş və ya gizli buraxılış qurğularını yenidən işə salmaqla istifadə edə biləcəyi minlərlə ballistik raketi var.

Ölkə.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb.

ABŞ müdafiə naziri Pit Haqset  jurnalistlərə İranın raket proqramının, buraxılış qurğularının və raketlərinin "tükəndiyini, məhv edildiyini " söyləsə də, nəşrin məlumatına görə, bəzi ABŞ rəsmiləri İranın hərbi əməliyyatların dayandırılmasından raket arsenalının bir hissəsini bərpa etmək üçün istifadə edəcəyindən narahatlıqlarını ifadə ediblər.
ABŞ rəsmilərinin sözlərinə görə, İran müharibədən əvvəlki hücum dronları arsenalının yarısından azına malikdir, lakin Rusiyadan yeni sistemlər ala bilər. İranda hələ də Fars körfəzindəki gəmilərə və ya danışıqlar uğursuz olarsa, adaları ələ keçirməyə çalışan ABŞ qüvvələrinə hücum etmək üçün istifadə edilə bilən qanadlı raket ehtiyatı var.
"İranlılar innovasiya və sürətli dayanıqlılıq üçün təsirli bir qabiliyyət nümayiş etdiriblər. Onlar İsrail istisna olmaqla, əksər Yaxın Şərq hərbçilərindən daha qorxulu bir düşməndir", - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki və Yaxın Şərq İnstitutunun siyasət üzrə vitse-prezidenti Kennet Pollak bildirib.

Nəşrin yazdığına görə, İran müharibənin əvvəlində sahib olduğu təxminən 2500 orta mənzilli raketdən 1000-dən çoxunu saxlayır. Qalanları ya istifadə edilib, ya da məhv edilib.
Nəşr qeyd edib ki,  İran hazırda yeni raketlər istehsal etmək iqtidarında olmadığını və proqramının bərpa sürətinin Rusiya və ya Çinin köməyindən asılı olacaq.

Məqalədə qeyd olunur ki, İranın gələcək hərbi imkanlarının məhdudlaşdırılması təkcə ABŞ və İsrailin potensial yeni zərbələrindən deyil, həm də sanksiyalardan və ixrac nəzarətindən asılı olacaq. Bu baxımdan, İranın münaqişəyə son qoymaq üçün tələblərindən birinin Tehranla əməkdaşlıq etdiklərinə görə ölkələri cəzalandıran bütün ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi olduğunu xatırlatmaq yerinə düşər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Con Altermanın fikrincə, əsas nəticələrdən biri odur ki, İran əvvəlki imkanlarının yalnız bir hissəsi ilə Fars körfəzində sülhə və təhlükəsizliyə təsir edən dominant oyunçu olaraq qala bilər: “Onların əsas üstünlüyü var: uduzmurlar, qazanırlar və biz isə qazanmadığımız hər gün uduzuruq".

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri