Icma.az
close
up
RU
İranın nüvə proqramı məhv edildi , bəs radiasiya? Fəlakətlərin başlanğıcı...

İranın nüvə proqramı məhv edildi , bəs radiasiya? Fəlakətlərin başlanğıcı...

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İranın nüvə proqramı artıq yoxdur."

Dünyanı sükuta qərq edən bu açıqlama, əslində, bəlkə də, başqa faciənin başlanğıcı idi. İllərlə qurulan, elə illərlə də izlənən İranın nüvə proqramı indi yalnız dağıntı və radiasiya izləri buraxır. Gələcək nəsillərin sümüyünə qədər hopacaq səssiz bir zəhər - torpağın dərin qatına çökəcək, suyun yaddaşına yazılacaq və bəlkə də, bir gün ən günahsız bədənlərdə xərçəng kimi oyanacaq.

Siyasi zəfərlə təbiət fəlakəti arasındakı sərhəd bəzən bir bombanın ağırlığı qədər incə olur. Bu dəfə həmin sərhəd aşılıb. Dünya yenə nəfəsini tutub baxır. Amma bu dəfə soruşmur: "Kim qalib gəldi?" Bu dəfə soruşur: "Görəsən, biz də məhv olacağıq?"

Açıqlamadan sonra dünya bir anlıq susdu. Milyonlarla insan ekranlara baxdı, amma bu dəfə maraqdan yox - narahatlıqdan. Bu bəyanat təkcə bir ölkənin texnoloji imkanlarının sıradan çıxarılması deyildi. Bu, görünməz və təxirəsalınmaz bir təhlükənin - radiasiyanın - artıq sərhəd tanımadan yayılmağa başlaya biləcəyinin siqnalı idi.

Əgər həqiqətən də İranın nüvə obyektlərinə ağır hava zərbələri endirilibsə, bu, bir hərbi əməliyyatdan çox, ekoloji faciəyə çevrilə bilər. Zənginləşdirilmiş uran, istifadə edilmiş yanacaq çubuqları, nüvə tullantıları olan obyektlər partlayıbsa, onların tərkibindəki radioaktiv maddələr havaya, torpağa və suya yayıla bilər. Bu, ilk baxışdan görünmür. İnsan nə baş verdiyini anlamaz, amma yavaş-yavaş bədən ona xəbər verir. Gözlərdə yanma, dodaqlarda quruluq, səbəbsiz başağrısı, halsızlıq, ürəkbulanma, daxili bir narahatlıq hissi. Sonra qusma gəlir. Dəri solur, sonra qızarır. Bir neçə gün içində saç tökülməyə başlayır. İnsan yuxuda belə nəyinsə içini dələn bir soyuqluqla oyandığını hiss edir. Radiasiya od deyil, amma yandırır.

İnsan bu vaxt özü ilə tək qalır. Çünki radiasiyadan qaçmaq olmur. O, nə çiyinlərdə daşınır, nə də ayaq səsləri var. Əgər bir dəfə bədənə nüfuz edibsə, hər hüceyrəni ayrı-ayrılıqda məhv etməyə başlayır. Bunu anlamadan əvvəl tək istədiyin - sağ qalmaq olur. Pəncərəni örtmək, su içmək, evin alt qatına enmək, bəlkə də, ilk ağlına gələnlər olur. Amma bu, çox vaxt yetərli olmur. Çünki sən gecikmisən. Bütün dünya gecikib.

Nüvə obyektləri bombalandıqda və ya zədələndikdə ətraf mühitə yayılan ən təhlükəli nəticə - radiasiyadır. Radiasiya gözlə görünmür, səs çıxarmır, iyi yoxdur. Amma bədənə daxil olanda hüceyrələrə hücum edir, genetik kodları pozur, xərçəngə səbəb olur, gələcək nəsilləri xəstə doğmağa məhkum edir. Əgər əməliyyat zamanı İranın nüvə reaktorlarının, uran anbarlarının yerləşdiyi obyektlərdə partlayış və yanğın baş veribsə, bu zaman ətrafa alfa, beta, qamma və neytron şüaları yayılıb. Bu şüaların yayılma radiusu isə hava şəraitindən, küləkdən, relyefdən və obyektin növündən asılı olaraq yüzlərlə kilometrə çata bilər.

Təcrübə göstərir ki, nüvə sızmaları ilk anlarda o qədər də hiss olunmur. Çernobıl hadisələrində də insanlar ilkin mərhələdə sadəcə halsızlıq, ürəkbulanma və başağrısı ilə üzləşmişdilər. Ancaq illər sonra həmin regionlarda xərçəng halları sürətlə artmış, torpaq və su istifadəyə yararsız hala gəlmişdi.

Radiasiyanın ilk əlamətləri: bədən necə xəbər verir?

Radiasiya təsirinə məruz qalan insanlar ilk növbədə bu əlamətlərlə qarşılaşırlar:

Qusma və ürəkbulanma (əsasən ilk bir neçə saatda) Halsızlıq, bədən ağrıları və başgicəllənmə Dərinin yanması və qızarması, xüsusilə əllər, üz və boyun nahiyələrində Saç tökülməsi, xüsusən güclü şüalanma zamanı İmmunitetin zəifləməsi, qanın tərkibində dəyişikliklər (leukosit azalması)

Bəzən bu əlamətlər sadəcə zəhərlənmə kimi qəbul edilə bilər, lakin problemin qaynağı atomun nüvəsində gizlənirsə, o zaman tibb belə aciz qala bilər.

Radiasiyadan qorunmağın yolları

Sığınacaq tapın - Ən azı beton və qalın divarlarla əhatələnmiş bir yerə keçin. Radiasiya şüaları incə materiallardan rahat keçə bilir, amma beton və torpaq maneə ola bilir.

Su və ərzaq ehtiyatı yığın - Çölə çıxmaq təhlükəli ola bilər. Ona görə də qapalı məkanda bir neçə gün qalmaq üçün konservləşdirilmiş yeməklər və qablaşdırılmış su saxlayın.

Pəncərələri izolyasiya edin - Şüşələrdən və çərçivələrdən şüalanmış hava içəri girə bilər. Plastik örtüklə bağlamaq, hava keçirməzlik yaratmaq məsləhətdir.

Radioloji xəbərdarlıqları izləyin - Hökumətin və mütəxəssislərin verdiyi xəbərləri izləmək lazımdır. Hər bir məlumat bir həyat qurtara bilər.

Kalium yod - Bu dərman radioaktiv yodun qalxanabənzər vəziyə toplanmasının qarşısını alır.

Əgər bu, həqiqətən də belədirsə - yəni İranın nüvə proqramı Pentaqonun dediyi kimi "tamamilə" yox edilibsə - bəlkə də siyasi cəhətdən dünya üçün bir "təhlükə" aradan qalxıb. Amma bunun əvəzində görünməz bir düşmən - radiasiya - səssizcə sərhədləri aşır, bədənlərə nüfuz edir, torpağa hopur, suda həll olur. Və biz - bu Yer üzünün sakinləri - gözümüzü göyə dikib, "görəsən nə zaman hiss edəcəyik?" - deyə düşünürük.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 İyun 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri