Icma.az
close
up
RU
İranın torpağın altına gömdüyü təhlükə: Yeraltı sirr ifşa olur

İranın torpağın altına gömdüyü təhlükə: Yeraltı sirr ifşa olur

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son günlər İrana ABŞ başda olmaqla bir sıra ölkələrdən müfəttişlərin göndərilməsi məsələsi gündəmdədir. Məqsəd İranın nüvə silahı hazırlayıb-hazırlamadığı ilə bağlı axtarış aparmaqdır. İranın bu məsələdə müəyyən narahatlığı var. ABŞ dövlət katibi Marko Rubio İranla nüvə sazişi çərçivəsində Tehranın bütün nüvə obyektlərinə beynəlxalq müfəttişlərin, o cümlədən ABŞ nümayəndələrinin daxil olmasına icazə verməli olduğunu bildirib. “ABŞ müfəttişlərinin iştirakını rədd etmək hüququ olmayacaq.”-deyib.

İran narahatlığı haqlıdırmı? ABŞ-ın məsələdə israrlı olmasının arxasında nə dayanır?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, İranın narahatlıq doğuran bir sıra məqamları mövcuddur:

“İran uranı kifayət qədər zənginləşdirib və bu, onun nüvə silahı əldə etməyə olduqca yaxın olduğunu göstərir. Eyni zamanda, İranın raket proqramları da nüvə başlıqlarını daşımaq üçün yetərincə inkişaf edib. Rəsmi Tehran artıq 1500-2000 kilometr və daha uzaq mənzilli raketləri sınaqdan keçirib. Bu isə bölgədə ciddi narahatlıq və təhlükə hissi yaradır.

Turab Rzayev

İran nüvə obyektlərini maksimum şəkildə gizli saxlayır və bu obyektlərə müşahidəçilərin buraxılması həmin yerlərin ifşasına səbəb ola bilər. Rəsmi Tehran bəyan edib ki, bu obyektlər yerin altındadır və bu səbəbdən İsrailin onlara zərbə endirməsi çətindir. Lakin əgər İran bu obyektləri açıq şəkildə nümayiş etdirsə, bu, İsrailin mümkün hücumları üçün əlverişli zəmin yarada bilər. Görünən odur ki, İran nüvə sahəsində rəsmi şəkildə elan etdiyindən daha çox irəliləyiş əldə edib”.

Politoloq əlavə edib ki, İran ABŞ-a qarşı sərt ritorikasını davam etdirmək niyyətindədir:

“Rəsmi Tehran ABŞ-ın təkliflərinə müsbət cavab verməyərək Vaşinqtona güzəştə getmək istəmədiyini nümayiş etdirir. Hazırda bu çıxılmaz vəziyyətdən çıxış yolu axtarılır. ABŞ qarşısında iki seçim dayanır: ya İrana qarşı hərbi əməliyyatlara başlamaq, ya da iqtisadi sanksiyaları daha da sərtləşdirmək. Vaşinqtonun İranla razılığa gəlməsi üçün konkret və ciddi səbəblərə ehtiyacı var”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 May 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri