Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

İranın Zəngəzur narahatlığı: Gerçək səbəblər və regional maraqlar

İranın Zəngəzur narahatlığı: Gerçək səbəblər və regional maraqlar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər Azərbaycan və İran arasında münasibətlər yeni və daha məhsuldar mərhələyə qədəm qoyub. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi səfərlər, xüsusilə onun Qarabağda keçirilən tədbirdə iştirakı bu iki ölkə arasında əlaqələrin daha müsbət istiqamətdə inkişaf etdiyini göstərir. Bu səfərlər yalnız rəsmi protokolla məhdudlaşmır, həm də birgə layihələrin təşviqi baxımından əhəmiyyət daşıyır. Hazırda nəqliyyat, energetika və sərhəd ticarəti sahələrində konkret təşəbbüslərin müzakirəsi bu əməkdaşlığın praktiki mərhələyə keçdiyini göstərir.

Azərbaycan–İran münasibətlərindəki müsbət dinamika region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi məsələsində də öz əksini tapır. İranın layihəyə əvvəllər ehtiyatla yanaşması onun bölgədəki geosiyasi balanslara həssas münasibətindən irəli gəlirdi. Lakin zamanla Tehran bu layihənin regional ticarət və tranzit imkanlarını genişləndirə biləcəyini, eyni zamanda, iqtisadi maraqlarına uyğun olduğunu anladı. Bu isə ölkənin mövqeyində daha praqmatik və konstruktiv yanaşmanın formalaşmasına səbəb oldu.

İranın xarici işlər naziri Abbas Əraqçinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması da müsbət tendensiyanı göstərir. Nazir bildirib ki, İranın “qırmızı xətlər”i qorunub və baş verənlərə balanslı, obyektiv yanaşmaq lazımdır. Onun vurğuladığı əsas məqam regionda sabitliyin qorunması və Vaşinqtonda bütün maraqlı tərəflərin narahatlıqlarının və ərazi bütövlüyünün nəzərə alınmasıdır. Bu, İranın regionda sülh və əməkdaşlıq tərəfdarı olduğunu göstərsə də, həm də sülhün ölkənin strateji maraqları ilə ziddiyyət təşkil etməməsi şərti ilə həyata keçirilməsini istədiyini ortaya qoyur.

İran üçün əsas məsələ regional balansın qorunması, ölkənin tranzit imkanlarının zəifləməməsi və yeni yaranacaq regional düzəndə yer almaqdır. “Qırmızı xətlər” dedikdə yalnız siyasi deyil, həm də iqtisadi və strateji narahatlıqlar nəzərdə tutulur. Bu yanaşma İranın Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlara uyğun şəkildə siyasətini yenidən nəzərdən keçirdiyini və daha çevik mövqe tutduğunu göstərir. Əvvəllər Zəngəzur dəhlizinə qarşı sərt ritorikalar səsləndirən Tehran indi bu layihənin reallığını qəbul edir və prosesin iştirakçısına çevrilməyə çalışır.

Onu da qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın dəhlizlə bağlı mövqeyində də müsbət dəyişiklik var. “Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib”.

Pezeşkianın bu bəyanatı son aylarda İran rəsmilərinin, xüsusən də Ali rəhbərin müşaviri Əli Əkbər Vilayətinin səsləndirdiyi sərt mövqe fonunda gözlənilməz yumşalma kimi qiymətləndirilir. Xatırladaq ki, Vilayəti Zəngəzur dəhlizi layihəsini İranın milli birliyi və ərazi bütövlüyünə “böyük təhdid” adlandırmış, bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini iddia etmişdi. Pezeşkian isə əksinə, məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb. Bu mövqe dəyişimi Ermənistan və Azərbaycanın regiondakı birgə təşəbbüsünə qarşı sərt ritorika nümayiş etdirən bəzi İran siyasi dairələrinə də dolayı cavab xarakteri daşıyır.

İran Prezidenti İrəvana yola düşməzdən əvvəl verdiyi açıqlaması da maraq doğurur. O, Zəngəzur dəhlizinin Şərq–Qərb ticarət yollarının genişləndirilməsi üçün yaxşı platforma ola biləcəyini vurğulayıb: “Bu dəhliz mövcud sərhədləri qoruyur. Yol, sadəcə, nəqliyyat əlaqəsini təmin edir. İranın Avropaya və Şimala tranzitinə mane olmur. Yeganə narahatlıq tikintidə ABŞ-a məxsus şirkətin iştirak etməsidir”. Deyilənlərə görə, o, prosesin detalları barədə əvvəlcədən məlumatlı olub. Bu da onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin təsadüfi deyil, düşünülmüş diplomatik strategiyaya söykəndiyini göstərir. İran Prezidentinin mövqeyi Cənubi Qafqazda sülh prosesinə əlavə təkan verə, həmçinin Tehran və Bakı arasında dialoqun intensivləşməsinə şərait yarada bilər.

Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib: “Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır. İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, biz bunu çox əsaslı və çox müsbət hesab edirik. Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur”.

***

Onu da qeyd edək ki, İranın narahatlığı həm də iqtisadi məntiqlə izah olunur. Ölkədə belə bir fikir formalaşmışdı ki, Zəngəzur dəhlizinin reallaşması İrandan keçən yolun rəqabət qabiliyyətini azaldacaq. Xüsusilə Araz dəhlizi vasitəsilə “materik” Azərbaycanla Naxçıvan arasında mövcud kommunikasiya xəttinin zəifləyə biləcəyi fikri İranı ehtiyatlı olmağa vadar edirdi.

Bəs Zəngəzur dəhlizi işə düşdükdən sonra Azərbaycan Araz dəhlizindən istifadə edəcəkmi? Regionda marşrutların çoxluğu heç vaxt problem deyil. Əksinə, bu, ölkələrə daha çox çeviklik, sabitlik və iqtisadi fayda verir. Tehran indi bu yoldan fayda götürmək üçün öz tranzit imkanlarını genişləndirməyə və marşrutlarını daha cəlbedici etməyə çalışır. Bu da onu göstərir ki, regionda yaranan yeni nəqliyyat və tranzit imkanları qarşıdurma yox, əksinə, əməkdaşlıq üçün fürsət yaradır.

İran marşrutu Azərbaycanın strateji hədəfləri baxımından çoxşaxəli əhəmiyyət daşıyır. Bu yol yalnız Naxçıvanla quru əlaqənin bərpası üçün deyil, həm də daha geniş regional və qlobal ticarət əlaqələrinin qurulması baxımından xüsusi rol oynayır. İran üzərindən keçən marşrut vasitəsilə Azərbaycan Fars körfəzinə, daha sonra Cənubi Asiya, Hind okeanı regionuna çıxış əldə edir. Bu isə Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri arasında körpü rolunu daha da möhkəmləndirir, onu regional tranzit mərkəzinə çevirir.

Bu mənzərədə İran üçün də ciddi imkanlar yaranır. Zəngəzur dəhlizinin reallaşması və regionda yeni nəqliyyat infrastrukturunun qurulması Tehranın həm Rusiya, həm də Avropa ilə əlaqələrinin genişlənməsinə yol açır. İran öz məhsullarını Türkiyədən, Qafqazdan keçməklə Avropa bazarına çıxara, eyni zamanda, Rusiya ilə daha çevik və alternativ ticarət yolları quraraq sanksiyaların yaratdığı iqtisadi təzyiqləri yumşalda bilər. Tehran üçün bu marşrutlar yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir.

Mövzu ilə bağlı politoloq Cəsarət Hüseynzadə XQ-yə dedi ki, marşrutlar regional əməkdaşlığın genişlənməsi, ticarətin şaxələndirilməsi və geosiyasi balansın qorunması üçün vacibdir:

– Azərbaycan üçün bu layihələrin əhəmiyyəti yalnız iqtisadi deyil, həm də siyasi müstəvidədir. Ölkəmiz regional tranzit qovşağına çevrilməklə, beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı gücləndirir, yeni kommunikasiya xətləri vasitəsilə enerji və logistka layihələrinə əlavə dəyər qazandırır. Bu, Azərbaycanın “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizlərində mövqeyini daha da gücləndirməsinə, ölkəni regionun əsas tranzit oyunçularından birinə çevirməsinə imkan verir.

İran üçün isə bu marşrut, xüsusilə sanksiyalar fonunda, iqtisadi nəfəs yolu kimi çıxış edir. Bununla İran beynəlxalq bazarlara daha asan çıxış imkanı əldə edir, həm Qafqaz, həm də Avrasiya regionu ilə əlaqələrini dərinləşdirir. Tranzit yüklərin artması İranın daxili iqtisadiyyatına əlavə gəlir gətirir və regionda siyasi təsir imkanlarını gücləndirir.

Ümumilikdə, bu marşrutların reallaşması regional inteqrasiyanı təşviq edir, qonşu dövlətlər arasında etimadı möhkəmləndirir və qlobal enerji və logistika xəritəsində Cənubi Qafqazın rolunu artırır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri