Icma.az
close
up
RU
İranlı biznesmenlər Bakıya axışır SƏBƏB

İranlı biznesmenlər Bakıya axışır SƏBƏB

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ərdəbil əyalətindən olan tacirlər, iş adamları və icraedici qurumların rəhbərlərindən ibarət iqtisadi nümayəndə heyətini yaxın günlərdə Azərbaycan səfər edəcəyi bildirilir. Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib ki, səfər çərçivəsində malların idxalı və ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə lazımi məsləhətləşmələr aparılacaq. Vali qeyd edib ki, indiyədək 30 növ məhsul üzrə sifariş qeydə alınıb və həmin məhsulların bir hissəsinin idxalı artıq həyata keçirilib. Digər məhsulların idxalının isə Ərdəbil əyalətinin sərhəd imkanlarından istifadə edilməklə mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, İranla əməkdaşlığın genişlənməsi üçün ilk növbədə qonşu ölkədən beynəlxalq sanksiyaların götürülməsi lazımdır: “Bu, münasibətlərin inkişaf etməsinə ciddi şəkildə mane olur. İrana pul köçürmələri etmək mümkün deyil. Ancaq nağd alış-veriş mümkündür. Əməkdaşlığın genişlənməsi üçün quru sərhədləri həm də açılmalıdır. Bu isə Azərbaycanın qərarıdır. Bu iki məsələ həlledicidir”.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 169 milyon 532 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz çoxdur. Son 1 ildə Azərbaycanın İrana ixracının dəyəri 42.3% azalaraq 2 milyon 848 min dollar, bu ölkədən idxalının dəyəri isə 9.4 % artaraq 166 milyon 684 min dollar olub. Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1.8 %-i qədər olub. İrana ixrac ümumi ixracın 0.05 %-ni, İrandan idxal isə ümumi idxalın 4.1%-ni təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 May 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri