İranlı rejissor Cəfər Pənahi 15 ildən sonra Kann Film Festivalına qatılır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Rejissorun sərt və sosial məzmunlu filmləri hökumət tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.
Bununla belə, Pənahi bu il Kann festivalında əsas mükafat uğrunda yarışan yeni filmi — “Bu, sadəcə bir qəza idi” ilə çıxış edəcək. O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib. Rejissor əlavə edib ki, həbsxanada keçirdiyi vaxt bu hekayəni daha da zənginləşdirməsinə kömək edib.
Adının açıqlanmasını istəməyən rejissora yaxın bir mənbənin verdiyi məlumata görə, film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















