Icma.az
close
up
RU
İraq ərazisində anti İran qüvvələrin fəaliyyəti qadağan edilib

İraq ərazisində anti İran qüvvələrin fəaliyyəti qadağan edilib

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İraqın Milli Təhlükəsizlik Şurası anti-İran qüvvələrin ölkə ərazisində istənilən fəaliyyətinin qadağan olunmasına dair qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “almutalee.com” saytı yayıb.

Bildirilib ki, bu qərar Bağdadın sərhəd təhlükəsizliyini və İran İslam Respublikası ilə ikitərəfli münasibətləri gücləndirmək öhdəliklərinin bir hissəsidir.

Məlumata görə, İraq hökumətinin ofisi və Milli Təhlükəsizlik Şurası tərəfindən verilmiş rəsmi sənədə əsasən, təhlükəsizlik, hərbi qurumlara, sərhəd limanları İdarəsinə, regional hökumətə (İraqın şimalındakı hökumət nəzərdə tutur) bu qərarın həyata keçirilməsi üçün zəruri aşağıdakı tədbirləri görmək əmri verilib:

- Bu qrupların qərargahlarını bağlamaq və onların istənilən siyasi, media və ya hərbi fəaliyyətini dayandırmaq;

- İraq ərazisindən İrana qarşı təxribat və ya hücumlar üçün platforma kimi istifadəsinin qarşısını almaq;

-Əvvəllər bəzi qruplar tərəfindən istifadə edilən ümumi sərhəd əraziləri, xüsusilə dağlıq bölgələr üzərində nəzarətin gücləndirilməsi;

-Qətnamənin hərtərəfli həyata keçirilməsini təmin etmək üçün Bağdad və Ərbil arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi.

İraq ərazisində əsasən, terrorçu PKK qruplaşması və onun müxtəlif qolları, İran Kürdüstan Demokrat Partiyası fəaliyyət göstərir.

İraqdan İran ərazisinə müxtəlif silahlı qruplar hücum edir. Tehran hakimiyyəti 2024-cü ilin yayında Bağdad və İraqın şimalındakı yerli hökumətə bunların qarşısını almağa çağırıb. İran əks halda İraqı raket atəşinə tutacağı ilə xəbərdar etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 May 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see224

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see212

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see194

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see180

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see165

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see143

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see140

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see139

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see137

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see132

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri