İraq: Suriya rəhbərliyi ilə dostluq əlaqələri qurmağa çalışacağıq
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
İraq prezidenti Əbdüllətif Rəşid Suriyada yeni administrasiya ilə qarşılıqlı hörmət, əməkdaşlıq və daxili işlərə qarışmamaq əsasında dostluq münasibətləri qurmağa çalışacaqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Rəşid Ərbildə Rudaw Araşdırma Mərkəzinin təşkil etdiyi “Yaxın Şərqin Gələcəyində Qeyri-müəyyənliklər” Forumunda mövzu ilə bağlı qiymətləndirmələr edib.
Yaxın Şərqin xüsusilə son bir ildir siyasi, təhlükəsizlik və hərbi “fəaliyyət” yaşadığını dilə gətirən Rəşid, bu fəallığın bəzi bölgə ölkələrinin siyasi xəritəsində öz əksini tapdığını, təhlükəsizlik və sosial təhdidlərlə bağlı digər ölkələrdə xəbərdarlıqların edilməyə başladığını, İraqın da bundan uzaq olmayacağını qeyd edib.
Rəşid Suriyadakı dəyişikliyə də toxunaraq, "Ümid edirik ki, Suriyadakı dəyişiklik bütün millətləri, komponentləri və məzhəbləri ilə Suriya xalqının gözləntilərini qarşılayacaq. Yeni rəhbərliklə (Dəməşq) qarşılıqlı hörmət, əməkdaşlıq və daxili işlərə qarışmamaq əsasında dostluq əlaqələri qurmağa çalışacağıq"-deyə, bildirib.
Fələstin xalqının təxminən bir il yarımdır Qəzza zolağında başlayan və İordan çayının qərb sahilinə qədər uzanan hücumlara məruz qaldığına diqqət çəkən Rəşid, dünyanın əksər ölkələrinin buna səssiz qaldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















