Icma.az
close
up
RU
İraqlı alim 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb

İraqlı alim 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb

Icma.az bildirir, Sia Az portalına istinadən.

İraqın “əl-Dustur” qəzetində iraqlı alim doktor Mutəzz Muhi Əbdülhəmidin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. SİA xəbər verir ki, “20 Yanvar faciəsi Azərbaycanın yeni tarixində fəxr və şücaət səhifələrindəndir” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur.

Müəllif qeyd edir ki, millətlərin və xalqların tarixində qara hərflərlə həkk olunmuş çoxlu fəlakət və faciə vardır. Lakin sovet qüvvələri tərəfindən törədilmiş Bakı qətliamı xarakteri və hədəfləri ilə başqalarından fərqlənir. Bu hadisə zamanı çox sayda günahsız mülki şəxs qətlə yetirilib, qırğınlar baş veib.

Məqalədə diqqətə çatdırılır ki, həmin günün sübh çağı Bakının küçələrində xalqın oğul və qızlarının, günahsız uşaqlarının qanı axırdı. Bu, Sovet rəhbərliyinin ümidsiz cəhdi, dağılmaq və məhv olmaq ərəfəsində olan Sovet İttifaqının bütövlüyünü qoruyub saxlamaq üçün atılan amansız bir addım idi. Lakin Azərbaycan xalqına qarşı göstərilən ifrat qəddarlıq, sovet rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun gözləntilərinə uyğun nəticə vermədi. Əksinə, bu hadisələr xalqın müstəqillik və azadlıq uğrunda iradəsini və qətiyyətini daha da gücləndirdi və onu totalitar Sovet İttifaqından kənarda azad bir dövlət qurmağa sövq etdi.

Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan Respublikası qarşılaşdığı faciə və müsibətlərə baxmayaraq, daim sülhsevər siyasət yürüdüb. Qısa müddət ərzində siyasi plüralizmə əsaslanan demokratik sistem qurmağa, azad bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməyə və hüquqi, sivil dövlət yaratmağa nail olub.

Müəllif qeyd edir ki, son illərdə Azərbaycan öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad edən azsaylı dövlətlərdən biri kimi nümunə göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri