Icma.az
close
up
RU
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır

İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan tərəfindən Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərində bütün şəhərlərin və kəndlərin tamamilə dağıdılmasını heç kim unutmaz, erməni terrorçuların törətdiyi Xocalı soyqırımı və digər kütləvi qətliamlara görə də mütləq cavab vermək lazım gələcək... Eyni zamanda, rəsmi İrəvan Azərbaycana vurduğu iqtisadi ziyana, eləcə də, ölkəmizin təbii sərvətlərinin talanmasına görə kompensasiya ödəməyə də mütləq hazır olmalıdır, erməni baş nazir münasibətlərə “sıfırdan başlayaq” təklifi ilə Ermənistanı bütün bu cinayətlərin məsuliyyətindən qətiyyən yayındıra bilməz...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda geopolitik proseslər həlledici mərhələyə keçid edib. Bu mərhələdə yeni regional savaşın baş verib-verməyəcəyi də böyük ölçüdə aydınlaşmış olacaq. Yəni, Ermənistan sülh və ya savaş arasında prinsipial seçim etmək məcburiyyətində qalacaq. Hər halda, rəsmi İrəvanın siyasi manipulyasiyalarla “nə sülh, nə hərb” mərhələsini uzatması bundan sonra mümkün deyil. Və bu baxımdan, Cənubi Qafqazı böyük dəyişiklik dövrünün gözləməkdə olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda zaman Ermənistanın əleyhinə işləyir. Hətta ABŞ, Avropa Birliyi və Fransanın vədlərinə güvənən rəsmi İrəvanın Ermənistanın gələcək taleyini inkişaf perspektivləri üzərində indeksləşdirmək şansını tədricən əldən buraxmaqda olduğunu da düşünmək olar. Hər halda, zaman keçdikcə, geopolitik situasiyanın Ermənistanın xeyrinə dəyişə biləcəyinə yönəlik “erməni xəyalları” artıq boşa çıxmaq üzrədir. Və bu baxımdan, hesab etmək olar ki, Ermənistan hazırda böyük sürətlə seytnota düşməyə doğru irəliləyir.

 

Məsələ ondadır ki, rəsmi İrəvan Qərbə inteqrsiya avantürasına qapılaraq, Ermənistanı “könüllü” şəkildə ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı “geopolitik müstəmləkə”sinə çevirməyə nail oldu. Ancaq bunun qarşılığında böyük ümidlərlə gözləsə də, Ermənistana təhlükəsizlik təminatı ala bilmədi. Belə vəziyyətdəsə, Ermənistanın “geopolitik müstəmləkə” statusu rəsmi İrəvana demək olar ki, heç bir müdafiə immuniteti qazandırmır. Əksinə, rəsmi İrəvan sülh şanslarını itirir və Ermənistanı hərbi-siyasi hədəfə çevirir.

Halbuki, Ermənistan üçün ən real təhlükəsizlik təminatı rolunu məhz Azərbaycanla imzalamalı olduğu yekun sülh sazişi oynaya bilər. Rəsmi İrəvan isə Cənubi Qafqazda yeni regional savaşın törədilməsində maraqlı olan Qərbdən gələn təlimatları yerinə yetirməklə, Ermənistanı sülh prosesindən yayınmaqda olan tərəf çevirib. Hətta rəsmi İrəvan bu istiqamətdə geriyədönülməsi olduqca çətin mərhələyə qədər irəliləyib.

Üstəlik, dünyada və regionda cərəyan edən proseslər rəsmi İrəvanın qeyri-real hesablamalarına zidd şəkildə cərəyan etdiyindən Ermənistan sülh və ya savaş arasında təcili seçim etmək məcburiyyətinə maksimum səviyyədə yaxınlaşıb. Ona görə də, hazırda Ermənistanın gələcək taleyi məhz Paşinyan hakimiyyətinin indi edəcəyi seçimdən birbaşa asılı olacaq. Və o da inkaredilməz reallıqdır ki, Ermənistanın prinsipial seçim üçün zamanı o qədər də çox qalmayıb.

 

Maraqlıdır ki, rəsmi İrəvan da mövcud uğursuz situasiyadan məyusdur və Ermənistan üçün yaxınlaşan təhlükədən ciddi şəkildə narahatdır. Paşinyan hakimiyyəti ən yaxın vaxtlarda Azərbaycanla yekun sülh sazişinin imzalanmasının qaçılmaz ola biləcəyini artıq anlayır. Ancaq buna baxmayaraq, rəsmi İrəvan həmin sənədin imzalanmasından öncə Ermənistanı gözləyən bəzi hüquqi-siyasi təhlükələri də aradan qaldırmağa çalışır. Və bu baxımdan, olduqca absurd təkliflər irəli sürür.

Məsələ ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətləri "sıfırdan başlamağı" təklif edib. Erməni baş nazir Vaşinqtonda “Atlantic Council”də çıxış edərkən, bildirib ki, Ermənistan münaqişəli məsələlərin müzakirəsini başa çatdırmaq və Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir dövr açmaq istəyir. Və rəsmi İrəvanın bunu necə edəcəyinin özü də kifayət qədər müəmmalı xarakter daşıyır.

Erməni baş nazir vurğulayıb ki, Ermənistan yekun sülh müqaviləsi layihəsinin razılaşdırılmamış qalan iki maddəsi ilə bağlı rəsmi Bakıya təkliflər təqdim edib. Bunlardan biri sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə qadağa qoyulması ilə bağlıdır. Rəsmi Bakı bu məsələdə tam qadağada israr edir. Rəsmi İrəvan isə bu qadağanı yalnız delimitasiya olunmuş hissələrlə məhdudlaşdırmağı təklif edir.

İkinci məsələ isə beynəlxalq məhkəmələrdə iki ölkənin bir-birinə qarşı qaldırdığı bütün iddiaların geri götürülməsi ilə bağlıdır. Baş nazir Nikol Paşinyan qeyd edib ki, Ermənistan buna hazırdır, lakin şərt olaraq, bu mövzuların ikitərəfli danışıqlarda da gündəmə gətirilməməsini istəyir. Yəni, rəsmi İrəvan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi, iqtisadi və s. cinayətlərin ört-basdır edilməsinə cəhd göstərir. 

Baş nazir Nikol Paşinyan onu da vurğulayıb ki, tərəflər artıq əsas müddəalar, o cümlədən, bir-birinin ərazi bütövlüyünü sovet dövrü xəritələri əsasında tanımaq barədə razılığa gəliblər. Onun fikrincə, sülh müqaviləsinin imzalanacağı gün yaxınlaşır və bunun üçün yalnız siyasi iradə göstərmək qalır. Halbuki, rəsmi İrəvanın belə bir siyasi iradəyə malik olduğunu sübut etməyə nail olub-olmayacağı hələlik müəmmalıdır. Və erməni baş nazir ilk növbədə bu önəmli problemi həll etmək barədə düşünməlidir.

Digər tərəfdən, erməni baş nazirin Ermənistan-Azərbaycan münasibətlərini "sıfırdan başlamağı" təklif etməsi tamamilə məntiqsiz yanaşmadır. Birincisi, Azərbaycan və Ermənistan arasında müstəqillik dövründə hər hansı münasibət olmayıb. Ona görə də, olmayan münasibətləri sıfırdan başlamaq sadəcə, mümkün deyil. İkincisi, müstəqilik dövründə Ermənistan Azərbaycana qarşı çoxsaylı hərbi, iqtisadi və s. cinayətlər törədib. Və indi erməni baş nazir “sıfırdan başlama” sərsəmləməsi ilə Azərbaycanın Ermənistan tərəfindən törədilmiş həmin cinayətləri unutmalı olduğunu düşünürsə, çox böyük səhv edir.

Xüsusilə də, Ermənistan tərəfindən Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərində bütün şəhərlərin və kəndlərin tamamilə dağıdılmasını heç kim unutmaz. Ermənistan ordusunun törətdiyi Xocalı soyqırımı və digər kütləvi qətliamlara görə mütləq cavab vermək lazım gələcək. Eyni zamanda, rəsmi İrəvan Azərbaycana vurduğu iqtisadi ziyanı, eləcə də, ölkəmizin təbii sərvətlərinin talanmasına görə kompensasiya ödəməyə də hazır olmalıdır. Və erməni baş nazir münasibətlərə “sıfırdan başlayaq” təklifi ilə Ermənistanı bütün bu cinayətlərin məsuliyyətindən qətiyyən yayındıra bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Fevral 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see364

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see196

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see140

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see133

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see132

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri