Icma.az
close
up
RU
İRİA və AKM komandaları CIDC 2025 də ilk onluqda qərarlaşıb

İRİA və AKM komandaları CIDC 2025 də ilk onluqda qərarlaşıb

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində ölkənin ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri - "Cyber Incident Defence Challenge" (CIDC 2025) ikinci dəfə təşkil olunub. Yarış Azərbaycanın ən güclü kibertəhlükəsizlik komandalarını bir araya gətirib, real hücum və müdafiə ssenariləri əsasında qurulmuş kibermüharibə yarışında onların bacarıqlarını sınayıb.

Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə "GAIA" və "Awero" adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.

CIDC 2025-in proqramına həmçinin panel müzakirələr daxil olub. "Kibercinayətkarlar üçün yeni oyun meydançası: Ağıllı şəhərlər" adlı paneldə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edərək "ağıllı şəhər" infrastrukturunun kibertəhlükəsizlik çağırışları və qabaqcıl müdafiə modelləri barədə fikirlərini bölüşüb.

CIDC 2025 çərçivəsində baş tutan kibermüharibə yarışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iki komandası uğurla iştirak edib. İRİA-nın əməkdaşlarından ibarət "Digital Rangers" komandası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin "Dopamine" komandası yarışın finalında ilk onluqda qərarlaşıb.

AKM-in tədbirdə iştirakı kibertəhlükəsizlik sahəsində həm yerli, həm də beynəlxalq tərəfdaşlıqların qurulması, əməkdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın kibertəhlükəsizlik potensialının beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri