Icma.az
close
up
RU
İş adamı Kərimov hansı dövlət qurumlarının əməkdaşları ilə cinayət əlaqələrinə girib?

İş adamı Kərimov hansı dövlət qurumlarının əməkdaşları ilə cinayət əlaqələrinə girib?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işinin maraqlı təfərrüatı məlum olub. Kərimovun adına xeyli sayda MMC olub. Onun dövlət qurumlarının əməkdaşları ilə cinayət əlaqələrinə girdiyi müəyyən edilib.
Newscenter.az xəbər verir ki, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəyib.
Rüfət Kərimov cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmaqda ittiham olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə Rüfət Kərimov şərti cəza alaraq azadlıqda qalıb.
İşin təfərrüatına gəlincə, Rüfət Kərimovun nəzarətində 74 MMC olub. Ayrı-ayrı şəxslərin adına açılan həmin MMC-lərə faktiki rəhbərliyi Kərimov edib.
R.Kərimov həmin MMC-lər vasitəsi ilə dövlət qurumlarında keçirilən formal tenderlərdə iştirak edib və qalib olub. Malların qiyməti bazar qiymətindən yuxarı göstərilib və əldə edilən pul həmin rəsmi qurumların əməkdaşları ilə R.Kərimov arasında bölüşdürülüb.
Rüfət Kərimov aşağıdakı vəzifəli şəxslərlə əlbir olaraq qalib olduğu tenderlərdə rəqəmləri bazar qiymətindən yuxarı göstərərək bu qədər məbləği ələ keçirib:
– Elmlər Akademiyasınının Nizami Gəncəvi adına Ədəbiyyat institutunda ümumi işlər üzrə direktor müavini ilə 26 min manat;
– Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi ilə 77 min manat;
– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsində məhrum olmuş uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbinin direktoru ilə 2500 manat;
– Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi ilə 3100 manat;
– Elm və Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbinin baş mühasibi ilə 5400 manat;
– Elm və Təhsil Nazirliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru ilə 4000 manat;
– Abşeron rayon icra hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə 1800 manat;
– Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri ilə 7 min manat;
– Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini ilə 26 min manat;
– Elmlər Akademiyasınının Füzuli adına Əlyazmalar institutunun elmi işlər üzrə direktor müavin ilə 18 min manat;
– Azərbaycan Milli Elmlər Hüseyn Cavidin ev muzeyinin direktoru ilə 12 min manat;
– Naftalan şəhər bələdiyyəsinin sədri ilə 4 min manat;
– Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi ilə 4400 manat;
– Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyasının direktoru ilə 4300 manat;
Səhiyyə nazirliyinin iki qurumunun direktpru ilə əlbir olara q 10 min manat.
Qeyd edək ki, bu şəxslər barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.
Təqsirləndirilən şəxs Kərimov ifadəsi özünü təqsirli bilib, zərəri tam ödədiyini deyib.(Musavat.com)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri