İş aludəçilərinə XƏBƏRDARLIQ: Ömrünüz 25 il qısala bilər KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Həddindən artıq işləmək və xroniki yorğunluq ürək-damar sisteminə ciddi zərər vurmaqla yanaşı, insan ömrünü 25 ilədək qısalda bilər.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Denis Prokofyev “Abzats”a açıqlamasında bildirib.
“Həddindən artıq işləməyə bağlı bütün xəstəliklərin əsas səbəbi stresdir. Yuxu və qidalanma rejiminin pozulması nəticəsində yaranan xroniki stres təkcə ürək-damar sisteminə deyil, həm də immun sisteminə mənfi təsir göstərir. Daimi yorğunluq fonunda nəbz və arterial təzyiq yüksəlir, beyin oksigen çatışmazlığına (hipoksiya) məruz qalır. Nəticədə iş aludəçilərində infarkt və insult riski təxminən 30% artır. İdeal ömür müddətini 85 yaş hesab etsək, fasiləsiz işləyən insanlarda bu göstərici 60 yaşa qədər enə bilər”, – deyə həkim vurğulayıb.
Mütəxəssis iş aludəçilərinə iş rejiminə yenidən baxmağı, işlə şəxsi həyat arasında balans yaratmağı və istirahətə laqeyd yanaşmamağı tövsiyə edib.
Həkimin sözlərinə görə, həddindən artıq işləməyin digər təhlükəli tərəfi insanın bütün həyatının yalnız işdən ibarət olmasıdır. Bu isə zamanla özünü məhvetmə meyillərinə, ailədaxili münasibətlərdə gərginliyə və intim həyatda problemlərə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 23 İyul 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















