Icma.az
close
up
RU
İş elanının real olmadığını göstərən 5 əlamət

İş elanının real olmadığını göstərən 5 əlamət

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün elə bir sahə yoxdur ki, ora texnoloji inkişaflar təsir etməsin. İş həyatı da texnologiyadan ciddi şəkildə təsirlənir. Bu gün texnoloji imkanlar və inkişaflar sayəsində işin tərifində hətta əhəmiyyətli dəyişikliklər var. Təbii ki, texnologiya sayəsində günümüzün iş axtarmaq üsulları da dəyişib. Artıq keçmişdə olduğu kimi qəzetlərdə iş elanları səhifələrinə ehtiyac yoxdur. İnternet sayəsində bir çox işəgötürən qısa müddətdə minlərlə iş axtaran insana çata bilir.

Təbii ki, eyni şey işləmək istəyənlərə də aiddir. İş axtarış metodlarında edilən bu dəyişiklik həm işəgötürənlər, həm də iş axtaranlar üçün böyük rahatlıq kimi görünür. Bu mərhələdə son dərəcə diqqətli olmaq lazımdır. Çünki yaxşı niyyətli insanlarla yanaşı, saxta elanlara insanları aldatmaq istəyən insanlar da az deyil. Lakin bəzi detallar sizə qarşı tərəfin işəgötürən deyil, fırıldaqçı olduğunu başa düşməyə kömək edə bilər. İş elanının real olmadığını göstərən 5 əlamət:

1. Çox vədlər edir

Heç bir uğur asanlıqla baş vermir. Xüsusilə iş həyatında. Əgər iş elanı müəyyən bir vəzifə üçün qeyri-adi əmək haqqı və qeyri-adi iş şəraiti vəd edirsə, böyük ehtimalla elan real deyil. Əgər siz hələ də bu elana müraciət etmək qərarına gəlsəniz, "işəgötürəniniz" çox güman ki, sizdən müraciət etmək üçün pul istəyəcək.

2. İş təsviri qeyri-müəyyəndir

Əsl işəgötürənlər uyğun namizədi tapmaq üçün namizədləri kifayət qədər ətraflı məlumatlandırırlar. Əgər iş təsviri aydın olmayan elanla rastlaşsanız, müraciət etməzdən əvvəl bir daha düşünün.

3. Telefonla deyil, üz-üzə görüşmək istəyirlər

Üz-üzə müsahibələr, əlbəttə ki, işə qəbul prosesinin vacib hissəsidir. Ancaq işin nə olduğunu öyrənmək və məlumat almaq üçün zəng etdiyiniz işəgötürən birbaşa üzbəüz görüşmək istəyirsə, demək ki, problem var.

Ən sərfəli kredit üçün müraciət et

4. İşə başlamazdan əvvəl çətin tapşırıqlar

İşəgötürənlərin işə başlamazdan əvvəl bacarıqlarınızı qiymətləndirmək üçün sizdən bir neçə şey istəmələri təbiidir. Çünki bir çox işəgötürən namizədlərin bacarıqları haqqında əvvəlcədən təsəvvürə malik olmaq istəyir. Ancaq heç bir ödəniş etmədən sizə verilən bu tapşırıqlar bir neçə gün çəkəcək çətin tapşırıqlardırsa, yaxşı bir işəgötürənlə iş görmədiyinizə əmin ola bilərsiniz.

5. İşə başlamazdan əvvəl bütün sənədlərinizi tələb etmək

Söhbətin ilkin mərhələsində bütün sənədlərinizi, xüsusən də şəxsi məlumatlarınızla bağlı olanları qarşı tərəfə vermək çox təhlükəlidir. Çünki əsl şirkət və peşəkar işəgötürən ilk mərhələdə belə bir şey tələb etmir. Ancaq özünü işəgötürən kimi təqdim edən fırıldaqçılar bunu edə bilər. Bu tələyə düşsəniz, görüşünüz çox müsbət olacaq. İşəgötürən də deyəcək ki, bir neçə gündən sonra sizə zəng edəcək. Təbii ki, zəng etməyəcəklər. Qarşılığında isə şəxsi məlumatlarınız oğurlanmış olacaq.

Odur ki, iş elanına müraciət etməzdən əvvəl şirkəti araşdırın, əməkhaqqı vədlərinin bazara uyğun olub-olmadığını öyrənməyə çalışın. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://banco.az
archiveBu xəbər 16 Noyabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri