Icma.az
close
up
RU
İş saatından sonra zənglərə cavab vermək məcburidir?

İş saatından sonra zənglərə cavab vermək məcburidir?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi şirkətlər əməkdaşlardan iş saatlarından kənarda da zənglərə və mesajlara cavab verməyi gözləyir. Son illər iş mühitində ən çox müzakirə olunan məsələlərdən biri də məhz budur.  Bəs bu tələb qanunvericiliyə uyğundurmu? İşçinin şəxsi vaxtında əlçatan olmamaq hüququ varmı və əlavə iş yükü hansı hallarda ödənişlə təmin edilməlidir?
Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasında əmək münasibətlərini və əmək mübahisələrini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir:
"Əmək Məcəlləsinə əsasən işçi ilə işəgötürən arasında münasibətlər əmək müqaviləsi əsasında qurulur. Əmək müqaviləsində işçinin iş saatları, həftəlik iş günləri, əmək haqqı və digər mühüm şərtlər öz əksini tapır. Müqavilədə müəyyən edilmiş iş saatları ərzində işçi öz vəzifələrini yerinə yetirməli və əlçatan olmalıdır. Lakin iş vaxtı başa çatdıqdan sonra işçinin əlçatan olub-olmaması onun öz seçimindən asılıdır. O, işlə bağlı telefonunu söndürə, işəgötürən və ya iş yoldaşları ilə əlaqəni dayandıra bilər.
Əgər əmək müqaviləsində iş saatlarından əlavə əlçatan olma tələbi nəzərdə tutulursa, bu artıq əlavə iş vaxtı kimi qiymətləndirilməlidir. Belə hallarda həmin müddət iş saatı kimi hesablanmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq işçiyə əlavə ödəniş edilməlidir", - deyə o qeyd edib. 
Beləliklə, iş vaxtından kənarda əlçatan olmamaq hüququ işçinin psixoloji sağlamlığının qorunması, peşə tükənməsinin qarşısının alınması və şəxsi həyat toxunulmazlığının təmin edilməsi üçün qanunvericiliyin yaratdığı mühüm təminatdır. İşəgötürənlərin iş saatlarından sonra əməkdaşları zəng və mesajlarla narahat etməsi, onlardan daimi onlayn status tələb etməsi hüquqi əsasa malik deyil. Əmək bazarında sağlam mühitin formalaşması üçün şirkətlər iş prinsiplərini korporativ etika və qanun normalarına uyğun qurmalı, işçilər isə öz pozulmuş hüquqlarını tələb etməkdən çəkinməməlidirlər.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri