Icma.az
close
up
RU
İş yerlərinin gələcəyi texnologiya getdikcə insanları əvəzləyir

İş yerlərinin gələcəyi texnologiya getdikcə insanları əvəzləyir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Texnoloji dəyişiklik, geoiqtisadi parçalanma, iqtisadi qeyri-müəyyənlik, demoqrafik dəyişikliklər və yaşıl keçid  ayrı-ayrılıqda və birgə  2030-cu ilə qədər qlobal əmək bazarını formalaşdıracaq və transformasiya edəcək əsas drayverlərdəndir”- bu fikirlər Dünya İqtisadi Forumunun (DİF) “İş yerlərinin gələcəyi hesabatı 2025” sənədində əks olunub. Hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bildirib ki, DİF-in ənənəvi yayımlanan “İş yerlərinin gələcəyi” hesabatında əmək bazarındakı tendensiyalar təhlil olunur və yaxın illərdə baş verəcək dəyişikliklər proqnozlaşdırılır. Hesabat dünya üzrə müəssisə rəhbərlərinin sorğularına əsaslanır və hansı bacarıqlara tələbat olacağı, hansı peşələrin yox olacağı, hansıların yaranacağı barədə dəyərli məlumat təqdim edir. Bu ilki hesabat 55 müxtəlif iqtisadiyyatı əhatə edən, 14 milyondan çox işçini kollektiv şəkildə təmsil edən 1000-dən çox aparıcı qlobal işəgötürənin perspektivini bir araya gətirir.

E.Ələkbərov hesabatda bir çox diqqətçəkən məqamların yer aldığını vurğulayıb. Belə ki, texnoloji, iqtisadi, demoqrafik və yaşıl enerji transformasiyasilarında qlobal meyillər dəyişdikcə 2030-cu ilə qədər 78 milyon xalis iş yerinin yaranacağı proqnozlaşdırılır. Ümumilikdə 170 milyon yeni iş yerinin yaranması, 92 milyon mövcud məşğulun işsiz qalacağı, beləliklə 2030-cu ilə qədər 78 milyon xalis iş yerinin yaranacağı gözlənilir.

Eyni zamanda hesabatda əksini tapan digər bir məqam dünyanın ən sürətli artan və azalan peşələri barədə məlumatların verilməsidir. Daha sürətlə artan peşələr olaraq böyük verilənlər (Big data) mütəxəssisləri, fintech mühəndisləri, süni intellekt və maşın öyrənmə mütəxəssisləri, proqram və tətbiq yaradıcıları ilə yanaşı avtonom və elektrikli nəqliyyat vasitəsi ustaları, yüngül yük maşını və ya çatdırılma xidmətləri sürücüləri, bərpaolunan enerji mühəndisləri ön plana çıxır. Azalan peşələr sırasında isə poçt xidməti işçiləri, bank işçiləri, məlumat daxil edənlər, kassir və bilet satıcıları, rəhbər köməkçiləri və referentlər qeyd olunur.

E.Ələkbərov əlavə edib ki, DİF-in əvvəlki hesabatlarında olduğu kimi bu hesabatında da işçi qüvvəsinin bacarıqlarının əhəmiyyəti xüsusi qeyd olunur. Bacarıqlardakı boşluq transformasiya üçün ən böyük maneədir. İşəgötürənlərin 63%-i işçilərin lazımi bacarıqlara malik olmamasını ən böyük problem olaraq görür. Bu səbəbdən sorğuya qatılan işəgötürənlərin 85%-i işçilərinin bacarıqlarını inkişaf etdirmək üçün tədbirlər görməyi planlaşdırır. 2025-ci il üçün əsas bacarıqlar arasında analitik düşünmə, dayanıqlılıq və çeviklik, liderlik və sosial təsir, yaradıcı düşünmə, motivasiya və özünəinam, texnoloji savadlılıq və digər oxşar bacarıqlar yer alır.

Bundan əlavə, dəyişən əmək bazarı avtomatlaşdırmanın bütün iş tapşırıqlarının artan hissəsini öz üzərinə götürməsi ilə xarakterizə olunur. Süni intellekt və avtomatlaşdırma bəzi biznes modellərini dəyişdirərkən əməyi azalda bilər. Hazırda tapşırıqların 47 %-nin insan, 22%-nin maşın, qalan 30 %-nin isə qarışıq icra edilməsi baş verirsə, 2030-cu ilədək insan-maşın sərhəddinin müvafiq olaraq 33%-33%-34% olacağı gözlənilir. Bizneslərin 77%-i süni intellektin inkişafına cavab olaraq mövcud işçilərinin yenidən bacarıq qazanmalarına yönəlik sərmayə yatırmağı planlaşdırır.

Elnur Ələkbərov vurğulayıb ki, bütövlükdə DİF-in bu hesabatı hökumətlər, biznes və təhsil müəssisələri üçün vacib bir resurs hesab oluna bilər. Qlobal əmək bazarının gələcək inkişaf siqnalları artıq indidən işçilərin gələcəkdə tələb olunacaq bacarıqlarının inkişafına sərmayə qoymağın zəruriliyini göstərir. Bu, kütləvi işsizliyin qarşısını almağa və davamlı iqtisadi artımı təmin etməyə imkan verəcək. Bizneslər yeni texnologiyaları fəal şəkildə tətbiq etməli və eyni zamanda öz işçilərinin yenidən hazırlanmasına diqqət yetirməlidir. Bu, təkcə məhsuldarlığı artırmağa deyil, həm də iş yerlərini qorumağa və yeni iş fürsətlərinin yaranmasına imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri