Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

İsa Hüseynovun qəhrəmanlarının etiraz silahı ayamalar Şahanə Müşfiq yazır

İsa Hüseynovun qəhrəmanlarının etiraz silahı ayamalar Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Hüseynov (Muğanna) yaradıcılığının əsas özəlliklərindən biri də obrazlarının ayama, təxəllüs, "laylağı" kimi "ikinci adlarının" olmasıdır. Məhz onun qələmində Azərbaycan ədəbiyyatında Qılınc Qurban kimi tanınan obrazdan sonra Kollu Koxa, Cında qarı, Dəli Səməd, Çax-çux Xalıq kimi obrazlar da yarandı. O, bu baxımdan ölməz Mirzə Cəlil yaradıcılığını xatırladır. Onun da əsərlərində obrazlar ən çox ayamaları ilə tanınır. Xüsusən, "Danabaş kəndinin əhvalatları" əsərini xatırlaya bilərik.

Ədibin məşhur əsərlərindən olan "Kollu Koxa" povesti bu baxımdan səciyyəvidir. Povestin süjeti çox sadə mövzu üzərində qurulub. Belə ki, Koxa adlı gənc kolxozçu kənddə hamıya "laylağı" - ləqəb qoşur. Əvvəllər buna heç kim əhəmiyyət verməsə də, çox keçmir ki, bu əhvalat gedib rayon mərkəzinə qədər çatır. İsa Hüseynovun digər əsərlərindən tanıdığımız Qılınc Qurban burada da qarşımıza çıxır. Lakin o biri əsərlərdə mərd, haqlının tərəfdarı, qüvvətli şəxsiyyət kimi tanıdığımız Qılınc Qurban özü də hiss etmədən əyrilərin yanında yer alıb; vəziyyəti, yerli təbii şəraiti nəzərə almadan kolxozların "podrata" götürür. Buna görədir ki, Koxa heç kimdən çəkinmədən Qurban kişiyə də bir ləqəb qoşur: Podrat Qurban.

Əvvəlcə kiçik oyun kimi başlayan bu "laylağılar" zaman keçdikcə doğrudan da ciddi məsələyə çevrilir, kolxoz sədri Cavanşiri, Qılınc Qurbanı narahat etməyə başlayır. Əslində bu, Koxanın cəmiyyətə qarşı seçdiyi bir mübarizə üsulu idi. Koxanı düşündürən, beynini, hisslərini məşğul edən, narahat edən məsələlər var. Bu məsələlər həyatın, zamanın tələbindən doğur. Kollu Koxa öz "laylağı"larına belə haqq qazandırır: "Məsəl var, atamı öldürmüşəm ki, goruna and içim. Haşım kişini Həsir Haşım eləmişəm ki, bunun ona xeyri dəysin". Eləcə də Cında Qarı, Dingə Dəmir, Podrat Qurban, Limbuz Cavanşir və sair.

Əsər irəlilədikcə görürük ki, Kollu Koxa bu əməllərinin heç birində şəxsi mənafe güdmür. Başqaları tərəfindən mənasız, lazımsız hesab edilən bu işlər əslində ciddi, ağrıdıcı mətləblərin carçısıdır. Yazıçı Koxa obrazının bədii mahiyyətini açıb göstərə bilmək üçün daxili monoloqlara müraciət edir. Obrazın bu daxili monoloqları ilə həqiqi düşüncələri göstərilir. Ancaq bu, elə də üstünlük təşkil etmir. Koxa obrazı özünü daha çox dialoqlarda, başqaları ilə mübahisələrdə ifadə edir. Adi kolxozçu olmasına baxmayaraq, kolxoz sədri Cavanşirlə, nüfuz sahibi Qurban kişi ilə açıq mübahisələrə qoşulur. Koxanın ayrı-ayrı adamlara yaraşdırdığı "laylağı"ları əslində Cavanşirlərin, Qurbanların əsl faciəsi idi. O ləqəblərin hamısı onların günahlarını üzlərinə çırpır.

Povestin sonuna doğru oxucunun əvvəllərdə üzündə təbəssüm yaradan bu "laylağı"lar ciddi məsələyə çevrilib onu düşündürür. Sonlara doğru Koxa bir növ doğruluq güzgüsünə çevrilir. O, düzü düz, əyrini əyri göstərməyin tərəfdarıdır. Bunu biz onun jurnalistlə mübahisəsində də görürük. O, jurnalistə deyir ki, hamınız üzdəki ilə yetinirsiniz, üzdə gözəllik görürsünüz, daha altındakı ilə maraqlanmırsınız. Yaxud üzdə çirkinlik görürsünüz, altındakı ilə işiniz yoxdur, elə bilirsiniz ki, çirkindir. Halbuki jurnalist qələmi ondan ötrüdür ki, yaxşının yaman tərəfini də göstərib onun başdan-ayağa yaxşı olmasına çalışsın. Koxa istəyir ki, pis, şər iş görənlər tutduqları işin mahiyyətinə varsınlar, bunlardan nəticə çıxartsınlar. Onları öz vicdanları mühakimə etsin.

Povestin finalında Koxanın danışığı ideal səslənsə də, inandırıcı təsir bağışlamır. Əvvəldə kənd camaatının səsi olan qəhrəman birdən-birə müəllif ideyalarının daşıyıcısına çevrilir. Onun danışığı poetik xarakter daşıyır. Nəsihətverici istiqamət alır:

"- Bilirsənmi niyə Cında qoymuşam Pəpə-Kökə nənəmizin adını? Onun nəvələriynən işim yoxdu, uzaqdadılar, əlim çatmır. Səndən xəbər alıram ki, Pəpə-Kökə nənə niyə dönüb Cında olub?! Çünki pəpəsini, kökəsini yeyib, özünüzün əliniz pəpəyə çatandan sonra onu lazımsız cında təki atıbsınız! İyirmi beş ildi ki, çıxıbsan bu qara damdan. Uzağa getməyibsən. Buradaca, gözümüzün qabağındaca gəzirsən, sədrlik eləyirsən, de görüm, bu iyirmi beş ildə bircə kərə baş salıbsanmı bu qara dama ki, görəsən Pəpə-Kökə nənəmiz necə dolanır, dərdi-səri nədi?! Baş salmayıbsan! Çünki səndən ötrü bu saat bu qarıynan səhər - səhər evdən çıxanda çəkməni silib tulladığın cındanın heç bir tafoutu yoxdu! Çünki sənin sinəndə ürək əvəzində daş asılıb, Cavanşir! Özündən savayı, heç kəs sənin vecinə deyil! Yapışıbsan Qurban əmiyin ətəyindən, onun adını götürübsən üstünə, elə bilirsən Qılınc Qurbanın adının altında nə təhər istəsən o cürə də yaşayıb kef sürəcəksən?! Mən Cəfalı deyirdim sənə. Çünki o vaxt doğrudan da cəfa çəkirdin. Daha Cəfalı deyilsən, Limbuz Cavanşir!"

Əlbəttə, təxəllüs məsələsi İsa Hüseynov yaradıcılığının şah əsərlərindən olan "Məhşər"dən də yan ötə bilməzdi. Lakin "Məhşər"dəki təxəllüslər "cında", "çax-çux", "dəli", "qılınc" kimi deyildi. Əsasən, təxəllüsdən hürufiçilər öz aralarında danışarkən tanımamaq və ya tanıtmamaq üçün istifadə edirdilər. Elə təkcə Fəzlullah Nəimi ilə İmadəddin Nəsiminin onlarla təxəllüsü var idi. Bundan başqa, onlar öz aralarında Əmir Teymuru "Div", İbrahim şahı "Adıyüksək" adlandırırdılar. "Yarı pünhan", "Karvanımızın sarvanı", "Əmin Məhrəm", "Pərvanə", "Bir adam", "Əbədiyyət atlısı", "Dərviş" kimi gizli adlar hürufilər arasında kodlara çevrilmişdi. Bundakı əsas məqsəd isə daim təqibdə, göz önündə olan hürufilərin öz aralarında məktublaşdığı və ya söhbətləşdiyi zaman yad insanın onların sirlərindən xəbərdar olmasının qarşısını almaq idi. Məsələn, əsərin əvvəlində Fəzlullah Nəimi öz müridlərinə bir məktub yazır. Məktubu oxuyan adi şəxs heç bir şey anlamaz, daha doğrusu, məktubun alt qatındakı mənanı ancaq bir hürufi başa düşə bilər. Müəllif özü isə məktuba belə aydınlıq gətirir: "...Müridlər Fəzlin müşayiətçilərinin dəst-xətlərini ilk baxışdan tanıyırdılar. Məktubdakı rəmzlər də hamıya məlum idi: "Allah" Fəzlə, uca minbər - şah təxtinə, "Adıyüksək" - şahın özünə, "Bir adam" - Şeyx Əzəmə, "Ordu" - teymurilərə işarə idi. "Namaz qılmaq" isə gizlin danışıq demək idi".

İsa Hüseynovun "Muğanna"ya çevrildiyi "İdeal" romanının qəhrəmanları da ayamalardan yan ötə bilməyiblər. Romandakı Dəli Səməd, Çax-çux Xalıq, Göbələk Məmiş, Lüt Cəfər, Xızr Abı, KQB Dudiyev, Qılınc Qurban, Xəlvət Rəhim, cığalı Gülgəz, əfəl Məsim, Qıllı Qeybalı, Çürük Aşıq, Təftiş Abbas, Qaradonlu Badsəba kimi obrazlar oxucunun yaddaşında elə bu ayamaları ilə əbədiləşiblər.Bu xüsusiyyət əsərdəki xalqın səsinin nə qədər güclü olduğunun göstəricisidir. Bu adları özünəməxsus və təbii edən əsas cəhət isə hər adın öz sahibinə yaraşmasıdır. Məsələn, Qılınc Qurbanı "Qılınc"dan ayrı təsəvvür etmək imkansızdır. Sanki bu ad elə onun özü ilə doğulub. Onun xarakterindəki kobudluq, haqsızlığa qarşı kəsərlilik "qılınc" adına necə də uyğundur. Eləcə də Təftiş Abbas, Göbələk Məmiş və sair. Heç bir obrazın ayaması ona lağ etmək və ya gülüş məqsədi daşımır, əksinə, sosial-mənəvi problemlərin əksi kimi görünür. Bir sıra ləqəblər isə sahibinə mənfi münasibətin, gözdən salmanın göstəricisidir. "Mirqəzəb" və "Dudiyev" kimi adlarda prototipi yaxınlıq və həmin obraza mənfi münasibətlə advermə vardır.

Bəzən yazıçı bu ad vermənin mənbəyini də göstərir. Bu zaman bəlli olur ki, əslində ayamaların hamısının bir tarixçəsi, sosial - ictimai hadisələrlə bağlılığı varmış. Məsələn, hər kəsin hörmət bəslədiyi Cəfər əmi necə olur ki, Lüt Cəfərə çevrilir. Bunu biz Səmədin Lüt Cəfər haqqındakı düşüncələrində görürük. Aydın olur ki, bu da mənfur qudalıların çirkin oyunu nəticəsində yaranıb. Belə ki, hələ müharibədən əvvəl Qudalı Rəhim Cəfər əmini möhkəm içirib yanına qarmonçalan Şəmbə adlı gəzəyən bir qadın salıb və taxtda Şəmbə ilə lüt-üryan yatan Cəfəri hər kəsin içində biabır edərək, "baxın, görün kimdi böyüyünüz" demişdir. Bu hadisədən sonra Cəfər el arasında hörmətdən düşüb Lüt Cəfər olur.

Bəzən hətta bu ayamalar o qədər şəxsiləşir ki, artıq obrazların adına ehtiyac qalmır, elə ləqəbləri ilə tanınırlar. Məsələn, Çax-çux, Təftiş, Xızır, Göbələk, Dantes və sair.

Yazıçı bu priyomla qəhrəmanlarına bir növ etiraz silahı vermişdi. Yəni onlar əsl düşüncələrini, əsas özəlliklərini bu bir-iki sözdən ibarət ayamalarla ortaya qoyurdular. Ancaq daha geniş şəkildə yanaşsaq, əslində, bu, yazıçının özünün yaşadığı cəmiyyətə, sovet quruluşuna və hakimiyyətin başındakılara qarşı etirazının bir növü idi. Zamanla isə İsa Hüseynov yaradıcılığını, Muğanna qələmini Azərbaycan ədəbiyyatında fərqləndirən ən mühüm özəlliklərdən birinə çevrildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri