Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İşarə dilinin danışanları: bir jest bir cümlədir

İşarə dilinin danışanları: bir jest bir cümlədir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Hər il sentyabrın 23-ü Beynəlxalq İşarə Dilləri Günü kimi qeyd olunur

Beynəlxalq Karlar Federasiyasının məlumatına görə, bütün dünyada 72 milyona yaxın eşitmə qüsurlu insan var. Bu insanların 80 faizi inkişaf etməkdə olan ölkələrdədir. Bu insanlar 300 müxtəlif jest dilindən istifadə edirlər. Jest dilləri danışıq dilindən fərqlənən və fikirləri tam əhatə edən təbii dil sayılırlar. Bundan başqa, kar insanların beynəlxalq tədbirlərdə, səfərlərdə və şəxsi ünsiyyət zamanı istifadə etdikləri ümumi beynəlxalq jest dili var. Həmin dil eşitmə qüsurlu insanlar arasında əsas ünsiyyət vasitəsidir və məhdud leksikona malik olmaqla yerli dillər kimi mürəkkəb deyil.

Jest dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiyada tanınır və dəstəklənir. Sənəddə göstərilir ki, onlar danışıq dilləri statusuna malikdir və təşkilata üzv dövlətlər jest dillərinin öyrənilməsinin asanlaşdırılması, həmçinin karların icmalarının dil eyniliyinin inkişafına dəstək verməlidirlər.

İşarə dili sadə danışıq sözlərindən kənara çıxan hərtərəfli və ifadəli ünsiyyət vasitəsidir. O, ilk növbədə, mesajları çatdırmaq üçün əl jestləri, üz ifadələri və bədən dilini özündə birləşdirən vizual-manual bir ünsiyyət vasitəsidir. Bu ünsiyyət üsulu sadəcə işarələr silsiləsi deyil, danışıq dillərindən fərqli olaraq özünəməxsus qrammatikası və sintaksisi olan zəngin bir dil sistemidir. İşarə dilində bir jest bir sözü və ya mürəkkəb cümləni təmsil edə bilər.

Dilçilər tərəfindən tam və təbii dil kimi tanınan işarə dili danışıq dillərində olan dərinliyi və mürəkkəbliyi təcəssüm etdirir. Bu tanınma onun təkcə kar və zəif eşidən cəmiyyət üçün ünsiyyət vasitəsi kimi deyil, həm də dil müxtəlifliyinin və mədəni zənginliyin mühüm aspekti kimi əhəmiyyətini vurğulayır.

İşarə dilinin quruluşu danışıq dillərindən əsaslı şəkildə fərqlənir, öz qrammatikası və sintaksisi var. O, xətti tərzdə deyil, çoxölçülüdür. Əl formalarının, hərəkətlərin, üz ifadələrinin birləşməsindən istifadə edilir. Bu mürəkkəb struktur birdən çox fikrin eyni vaxtda ötürülməsinə imkan verir ki, bu da işarə dilinin qrammatikasına xas xüsusiyyətdir. Bu elementlərin dərinliyi və mürəkkəbliyi dilçilərin işarə dilini tam və təbii dil kimi tanımağa, onun zəngin, müstəqil dil sistemi statusunu təsdiqləməsinə səbəb olmuşdur.

İşarə dili danışıq qabiliyyəti olmayan insanların başqaları ilə qarşılıqlı əlaqədə ünsiyyətini əhəmiyyətli dərəcədə artırır. İşarə dilində üz ifadələri danışığın tonunu, emosiyasını çatdırmaq üçün vacibdir. Məsələn, qaldırılmış qaş və ya xüsusi ağız forması danışıq dillərindəki intonasiya kimi işarənin mənasını tamamilə dəyişə bilər. Bədən dili də mühüm rol oynayır, bədənin mövqeyi və hərəkəti söhbətə kontekst və dərinlik əlavə edir. Bundan əlavə, işarə dilindəki jestlər şifahi dilin məhdudiyyətlərini aşan güclü ifadə vasitəsidir. Məsələn, tək, yaxşı ifadə olunmuş jest sevinc və həyəcandan tutmuş mürəkkəb fəlsəfi anlayışlara qədər bütün hissləri və ya fikirləri ifadə edə bilər.

İşarə dilinin ayrılmaz hissəsi barmaqların iştirakı ilə əl əlifbalarından istifadə etməkdir. Bu, yazılı əlifbanın ayrı-ayrı hərflərinə uyğun gələn əl hərəkətlərindən istifadə etməklə sözlərin və adların barmaqla yazılış üsuludur. İşarə dilinin bu aspekti xüsusi adların, texniki terminlərin və ya müəyyən işarəsi olmayan hər hansı sözün yazılmasında əhəmiyyətlidir.

Əl əlifbası, xüsusilə də işarə dili ilə danışıq dilinin üst-üstə düşdüyü hallarda, daha aydın ünsiyyətə imkan verən kar və eşitmə qabiliyyətinə malik icmalar arasında körpü rolunu oynayır. Məsələn, Amerika İşarə Dilində (ASL) ingilis əlifbasının hər hərfi uyğun əl formasına və hərəkətinə malikdir. Eynilə, British Sign Language (BSL) ingilis əlifbası ilə uyğunlaşan iki əlli əl əlifbasından istifadə edir.

18-ci əsrə qədər işarə dili daha rəsmi şəkildə, xüsusən də Avropada inkişaf etməyə başlayıb. İşarə dillərinin genişlənməsi və standartlaşdırılması bütün dünyada karlar üçün məktəblərin yaradılması ilə daha da təkan verdi. Bu qurumlar Fransada LSF və Birləşmiş Krallıqda İngilis İşarət Dili (BSL) kimi işarə dillərinin inkişafında və yayılmasında mühüm rol oynayıblar. Bundan əlavə, 1817-ci ildə qurulan Amerika Karlar Məktəbi (ASD) Amerika İşarət Dilinin (ASL) inkişafında mühüm rol oynadı.

Azərbaycan jest dili Azərbaycanda yaşayan kar və eşitmə qabiliyyəti zəif insanların ünsiyyəti üçün rus işarə dili ilə yanaşı istifadə olunan, öz lüğət və qrammatikasına malik milli dil sistemidir. Azərbaycan işarə dilinin qrammatikası Azərbaycan şifahi dilinin qrammatikasından çox fərqlidir. Azərbaycanda təxminən 31 000 eşitmə və danışma məhdudiyyətli insan var. 11 aprel 2025-ci ildən etibarən Azərbaycan Respublikasında Azərbaycan işarət dili rəsmi statuslu dildir. Televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub. Azərbaycanda dilin rəsmi statusu və dəstəyi yoxdur, nəticədə bu ölkədəki karların informasiya, o cümlədən rəsmi sənədlərlə bağlı məlumat əldə etməsi çətinləşir . Azərbaycanda təxminən 31 min kar olsa da (məlumatlar 2009-cu ilə olan məlumatlardır), əksəriyyəti linqvistik təsnifata görə təcrid olunmuş rus işarə dilindən istifadə edir .

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri