Icma.az
close
up
RU
İşdə nə edək ki, daha az yorulaq

İşdə nə edək ki, daha az yorulaq

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağa və məhsuldarlığı artırmağa kömək edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, iş zamanı hər saatdan bir 5 dəqiqə gəzmək həm fiziki, həm də psixoloji vəziyyətə müsbət təsir göstərir.

Alimlər hansı fasilənin daha faydalı olduğunu araşdırıb

Araşdırma zamanı ABŞ-da 11 mindən çox ofis əməkdaşının iş rejimi izlənilib. İştirakçılar gündə 8-9 saat işləyib və gün ərzində öz yorğunluqları, əhval-ruhiyyələri və iş məhsuldarlıqları barədə məlumat veriblər.

Tədqiqatın ilk həftəsində iştirakçılar adi iş rejimində çalışıblar. İkinci həftədə isə onlardan müəyyən vaxt intervalları ilə qısa gəzintilər etmələri istənilib.

Nəticələr göstərib ki, hər 30 dəqiqədən bir gəzmək əhvalı yaxşılaşdırsa da, bəzi iştirakçılar bunun iş prosesini ləngitdiyini bildiriblər. İki saatdan bir edilən gəzintilər isə ümumiyyətlə hərəkətsiz qalmaqdan daha faydalı olsa da, ən yaxşı nəticə hər saatdan bir edilən 5 dəqiqəlik gəzintidə qeydə alınıb.

Qısa gəzintilər məhsuldarlığı artırır

Tədqiqat rəhbəri Kit Dias bildirib ki, böyüklərin əksəriyyəti gün ərzində vaxtının təxminən 75 faizini oturaraq keçirir. Onun sözlərinə görə, hər saat cəmi 5 dəqiqə gəzmək enerji ehtiyatını bərpa edir, diqqəti artırır və uzun müddət oturmağın mənfi təsirlərini azaldır.

Araşdırmada iştirak edənlərin bir qismi tez-tez fasilə verməyin rəhbərlik tərəfindən mənfi qarşılanacağından narahat olduqlarını desələr də, nəticələr göstərib ki, bu qısa fasilələr əksinə, diqqətin toplanmasına və işin daha səmərəli görülməsinə kömək edir.

Mütəxəssislər telefon danışığı zamanı ofisdə gəzməyi, imkan olduqda iş görüşlərini piyada keçirməyi və ya açıq havada təşkil etməyi tövsiyə edirlər.

Oturaq həyat tərzi hansı riskləri artırır?

Mütəxəssislərin fikrincə, uzun müddət oturmaq artıq çəki, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artırır. Buna görə də gün ərzində müntəzəm hərəkət etmək sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Niyə günorta olmadan yoruluruq?

Həkimlər bildirirlər ki, günorta saatlarına çatmamış yaranan yorğunluğun əsas səbəbləri gecə yuxusunun az olması, orqanizmin susuz qalması, hərəkətsiz həyat tərzi və ağır qidalanmadır. Xüsusilə çox karbohidratlı nahar qan şəkərinin sürətlə yüksəlib-enməsinə səbəb olaraq halsızlıq yarada bilər.

Enerjini bərpa etmək üçün mütəxəssislər kifayət qədər su içməyi, yuxu rejiminə əməl etməyi, qəhvə istehlakını normada saxlamağı və gün ərzində daha çox hərəkət etməyi tövsiyə edirlər. Qidalanmada isə ağır yeməklərin əvəzinə balıq, toyuq əti, qoz-fındıq, avokado və tam taxıllı məhsullara üstünlük verilməsi məsləhət görülür. Zərurət yarandıqda 20 dəqiqəlik qısa günorta yuxusu da enerjinin bərpasına kömək edə bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 İyul 2026 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri