Icma.az
close
up
RU
İshal 2 həftədən uzun çəkərsə, xəstəxanaya müraciət edin

İshal 2 həftədən uzun çəkərsə, xəstəxanaya müraciət edin

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İshal çox vaxt mikrob infeksiyası ilə əlaqələndirilsə də, səbəbi həmişə bakteriya və ya virus olmaya bilər.

"Ölkə.az" xəbər verir ki, qastroenterologiya Mütəxəssisi Prof. Dr. Murat Sarıkaya yay aylarında ishal hallarının artdığını bildirərək vacib xəbərdarlıq edib. O vurğulayıb ki, ishalın arxasında allergiya, ferment çatışmazlığı və həzm sistemi pozğunluqları kimi fərqli səbəblər də dayana bilər.

Prof. Dr. Sarıkaya ishalın əsasən tez-tez və sulu nəcis şəklində özünü göstərdiyini deyib. Onun sözlərinə görə, laktoza dözümsüzlüyü, qlüten həssaslığı, qıcıqlanmış bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri və pankreas ferment çatışmazlığı da ishalın gizli səbəbləri arasında ola bilər.

Kəskin və xroniki ishalı necə ayırd etmək olar?

Mütəxəssis qeyd edib ki, ishalın davametmə müddəti diaqnoz üçün çox vacibdir. Kəskin ishal adətən iki həftədən əvvəl keçir. Dörd həftədən çox davam edən ishal isə xroniki sayılır və bu zaman daha ciddi sağlamlıq problemlərindən şübhələnmək lazımdır. Sarıkaya bildirib ki, düzgün diaqnoz üçün nəcis analizi aparılmalı, lazım gəldikdə nəcis kulturaları, qan analizləri və əlavə olaraq qastroskopiya və kolonoskopiya müayinələri də tələb oluna bilər.

İshal zamanı necə qorunmalı?

Prof. Dr. Sarıkaya əl gigiyenasının ən təsirli qorunma üsulu olduğunu deyib və yeməkdən əvvəl, həmçinin tualetdən sonra əllərin mütləq sabunla yuyulmasını tövsiyə edib. Səyahət zamanı bişmiş qidalar seçilməli, açıq havada satılan və uzun müddət saxlanmış yeməklərdən uzaq durulmalıdır. İçməli suyun butulkada olmasına və buz istifadəsinin məhdudlaşdırılmasına diqqət edilməlidir.

Qidalanma ilə bağlı tövsiyələr

Sarıkaya vurğulayıb ki, ishal zamanı maye və elektrolit itkisini bərpa etmək əsasdır. Bu dövrdə yağlı, ədviyyatlı və turş qidalardan uzaq durmaq, qazlı içkilərdən imtina etmək lazımdır. Su və ayran daha uyğun seçimdir. Uşaqlar və yaşlılar susuzlaşmaya daha həssas olduqları üçün zərurət yarandıqda rehidratasiya məhlullarından istifadə edilməlidir.

Mütəxəssis əlavə edib ki, probiotiklər bağırsaq florasının bərpasına kömək edə bilər. Əgər ishala qızdırma və güclü qarın ağrısı da əlavə olunursa, bu bakterial infeksiyanın əlaməti ola bilər və gecikmədən həkimə müraciət etmək vacibdir.(E-saglam.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri