Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

İshal və qusma zamanı ilk yardım

İshal və qusma zamanı ilk yardım

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyüklərdə çox güclü olmayan ishal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər.

Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!

İshal və ya diareya (yunanca “diarrheo” – “axıram” sözündəndir) – defekasiya aktının gün ərzində 2 dəfədən çox olmasıdır ki, bu zaman nəcis duru və ya horra şəklində olur. Diareya orqanizmdə əksər hallarda həzm sistemində hər hansı bir pozğunluğun olmasının əlamətidir. İshalın əsas səbəbləri aşağıdakılardır:

- bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz, virus xəstəlikləri və s.;

- bu və ya digər qidaya qarşı olan allergiya;

- həzm sistemi orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.) ;

- kəskin zəhərlənmələr;

- nevrozlar, həyəcan, qorxu;

- bundan əlavə, səyyahların diareyası (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər) adlanan bir formanı da qeyd edirlər.

Böyüklərdə güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu halda bağırsağı “bərkidən” dərmanlar qəbul edilməsi məsləhət görülmür. Əksinə, bu zaman bağırsağın diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa “kömək” göstərilməsi məqsədi ilə “smekta” preparatından istifadə etmək olar. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri absorbsiya edərək (özünə hopduraraq) bağırsaqdan xaric edir.

Güclü olmayan diareya zamanı pəhrizə əməl edilməsi də müalicəvi təsir göstərir. Qidanı az miqdarda, ancaq daha tez-tez qəbul edin, yağlı, qızardılmış, duzlu qidalardan, qəhvə və süd, təzə meyvə və tərəvəzlərdən, ədviyyatlardan imtina edin. Bu zaman banan, suda bişirilmiş düyü, alma püresi, suxari, dovğa, yağsız yoqurt, buğda bişirilmiş alma qəbul edilməsi məsləhət görülür. Nar qabığı dəmləməsi, qaragilə kiseli, zoğal mürəbbəsi ilə çay, nanə dəmləməsi (2 çay qaşığı nanə + 1 stəkan qaynar su) bağırsağın “bərkiməsinə” kömək edir.

Diareyanın baş verdiyi aşağıdakı hallarda isə tez bir zamanda həkimə müraciət etmək lazımdır (xəstənin vəziyyətindən asılı olaraq “təcili yardım” çağırmaq və ya xəstəni xəstəxanaya aparmaq):

- güclü diareya güclü qusma ilə müşayiət olunduqda, xəstənin vəziyyəti göz qabağında ağırlaşdıqda;

- diareya 2 gündən artıq davam etdikdə;

- nəcisdə qan izlərinin görünməsi;

- nəcisin qara rəngdə olması;

- xəstə qarnında kəskin ağrı hiss etdikdə;

- hərarət kəskin şəkildə yüksəldikdə.

Qusmanın baş verməsinin ən çox təsadüf edilən səbəbləri: mədə-bağırsaq sisteminin xəstəlikləri, qida zəhərlənmələri, virus infeksiyaları, hamiləliyin toksikozları. Qusmanın baş verməsinin az təsadüf edilən səbəbləri: ürək xəstəlikləri, böyrək daşı xəstəliyi, miqren zamanı baş ağrısı, beyinin xəstəlikləri (şişləri və ya meningit). Qusma, adətən, hər hansı bir tibbi müdaxilə olmadan tez bir zamanda keçib gedir. Qusma zamanı aşağıdakı hallarda tez bir zamanda “təcili yardım” çağırmaq tələb olunur:

- qusma çox güclüdürsə və tez-tez təkrar olunursa;

- əgər güclü qusma güclü ishal ilə müşayiət olunursa;

- qusuntu kütlələrində təzə qan və ya öd (yaşıl rəngli maye) olarsa.

Bu zaman “təcili yardım” gələnə qədər xəstəyə tam sakitlik vermək, ona içməyə və yeməyə heç nə verməmək, qusuntuda qan qarışığı olduqda isə qarının üzərinə içərisində buz olan paket qoymaq lazımdır.

İshal və qusmanın təhlükəli olan, ancaq böyüklərdə, adətən, nadir hallarda təsadüf edilən fəsadlarından biri – orqanizmin susuzlaşmasıdır. Susuzlaşma zamanı insanın su-elektrolit balansı və nəticədə orqanizmin bütün funksiyaları pozulur.

Yüngül və orta dərəcəli susuzlaşmanın əlamətləri: susuzluğun kəskin artması, sidik ifrazının azalması (sidiyin rəngi tünd sarı və ya qəhvəyi rənq alır), ağızın quruması (ağız suyu yapışqan olur), dərinin çox quru olması, zəiflik, əzginlik, başgicəllənməsi, ürək döyünməsinin tezləşməsi. Yüngül və orta dərəcəli susuzlaşmanı ev şəraitində müalicə etmək olar. Bunun üçün xəstəyə orqanizmin balansını bərpa edən xüsusi mayelər (misal üçün, rehidron) içirtmək lazımdır. Bu preparatlar toz şəklində apteklərdə satılır. 1 qablaşdırma 1 l qaynanmış suda həll olunur. Hər qusma və ishaldan sonra xəstəyə 5-10 qurtum içizdirmək lazımdır (daha çox içilməsi məsləhət görülmür – bu, qusmaya səbəb ola bilər).

Orqanizmdə mayenin bərpa edilməsi üçün lazım olan məhlulu ev şəraitində də hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.

Güclü susuzlaşma hətta ölümlə də nəticələnə bilər! Güclü susuzlaşma yalnız xəstəxana şəraitində vena daxilinə xüsusi məhlullar yeritməklə müalicə olunur. Güclü susuzlaşmanın əlamətləri – sidik ifrazının kəskin azalması, hətta tamamilə kəsilməsi, dərinin çox quru, isti olması, yüksək hərarət, huşun itirilməsi, qıcolmalar. Bu halda xəstəni vaxt itirmədən xəstəxanaya çatdırmaq lazımdır. Xəstənin vəziyyəti ağır olduqda dərhal “təcili yardım” çağırın.

Güclü susuzlaşma təhlükəli haldır. Bu səbəbdən onun profilaktikasını aparmaq lazımdır - susuzlaşmanın ilk simptomları meydana çıxan kimi, xəstəyə dehidratasiya  (su balansının bərpa edilməsi) üçün xüsusi məhlullar içirtmək, güclü qusma və ishal olduğu zaman xəstəni tez bir zamanda xəstəxanaya çatdırmaq lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see320

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see229

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see221

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see213

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see199

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see195

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see168

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri