İŞİD in yeni hədəfi MDB dir? İŞİD Qərbə xidmət edir? Rusiya kəşfiyyatının açıqlaması
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
RF FTX: "İŞİD yaraqlıları MDB sərhədlərinə çatmaq istəyir"
Hurriyyet.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında belə bir açıqlama verib. Bortnikov deyib: "İŞİD terror təşkilatının Əfqanıstan qolu olan "Vilayəti Xorasan"ın rəhbərləri Əfqanıstanın şimal rayonları üzərində nəzarət yaratmaq və MDB sərhədlərinə çatmaq niyyətindədirlər".
Onun sözlərinə görə, yaraqlılar tacik, qırğız, özbək və qazax dillərində onlayn təbliğatı gücləndiriblər, yerlərdə kadrlar toplayırlar, xarici kəşfiyyat orqanlarının dəstəyi ilə təlim düşərgələri şəbəkəsini genişləndirirlər.
"İŞİD xarici qüvvələr üçün faydalıdır"
Bortnikov vurğulayıb ki, "Vilayəti Xorasan"ın gücləndirilməsi xarici qüvvələr üçün faydalıdır, Talibanı sıradan çıxarmağa və MDB-nin cənub sərhədlərində terror təhlükəsi ocağı yaratmağa kömək edir.
Hürr Tərcüman
Baxış sayı:111
Bu xəbər 16 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















