İşıqforda, tıxacda gözləmək istəməyən “ağıllı” sürücülər qayda pozur VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxt yollarında müşahidə edilən xoşagəlməz hallardan biri də tıxac zamanı bəzi sürücülərin qaydalara məhəl qoymadan alternativ yollar axtarmasıdır.
Avtosfer.az xəbər verir ki, bu cür qanunazidd hərəkətlər xüsusilə Sabunçu rayonunun Zabrat qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tez-tez müşahidə olunur. Sürücülər tıxacdan yayınmaq və bir neçə avtomobili qabaqlamaq üçün yanacaqdoldurma məntəqəsinə daxil olur, daha sonra isə əsas yola çıxaraq işıqforu keçməyə çalışırlar.
Eyni vəziyyət paytaxtın Məhəmməd Hadi küçəsində, “Ukrayna dairəsi” yaxınlığındakı “IST Petrol”un qarşısında da yaşanır. Burada da sürücülər tıxacda vaxt itirməmək üçün məntəqəyə daxil olaraq dairəyə birbaşa çıxış əldə edirlər. Buna səbəb olan əsas amil isə işıqforun YDM-in girişindən sonraya quraşdırılmasıdır.
Bu cür hallarda sürücülər həm yol hərəkəti qaydalarını pozur, həm də yolayrıcında növbə gözləyən digər vətəndaşların haqlı narazılığına səbəb olurlar. Çünki bu cür hərəkətlər yol hərəkətinin təhlükəsizliyinə mane olmaqla yanaşı, həm də nəqliyyat axınında nizamsızlıq yaradır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 01 İyul 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















