İşıqforlardakı saniyəölçən tablolar niyə götürülüb? RƏSMİ
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb.
Milli.Az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Report-a verilən açıqlamada təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülərin yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd etdiyi bildirilib.
"Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir", - məlumatda vurğulanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Mart 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















