İslahatçılar Xameneidən istefa verməsini tələb edib İran Konstitusiyası buna imkan verir
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran islahatçılarının liderləri İranın Ali lideri Əli Xameneinin istefasını və hakimiyyətin keçid şurasına ötürülməsini açıq şəkildə tələb etmək barədə razılığa gəliblər.
“AzPolitika” xəbər verir ki, bu barədə “Euractiv”-ə İrandakı islahatçılara yaxın mənbələr məlumat verib.
İranlı siyasətçi Azər Mənsuriyə Ali lideri istefa verməyə və hakimiyyətin keçid şurasına ötürülməsinə razı salmaq üçün müraciət etmək tapşırılıb. Lakin bu plan İran hakimiyyətinin islahatçı hərəkat liderlərinə qarşı təhdidləri səbəbindən baş tutmayıb.
İran müxalifətinin Xameneinin istefasını tələb etməsinin səbəblərindən biri Tehranda və İslam Respublikasının digər böyük şəhərlərində etirazçılar arasında baş verən çoxsaylı itkilərdən narazılıqdır.
İran İslam Respublikası Konstitusiyasının 8-ci fəslinin 111-ci maddəsinə əsasən, ölkə lideri qanuni vəzifələrini yerinə yetirə bilmədikdə və ya İran Konstitusiyasında nəzərdə tutulan vəzifə üçün tələb olunan keyfiyyətləri itirdikdə vəzifəsindən uzaqlaşdırılır. Bu halda Ekspert Şurasının üzvləri mümkün qədər tez yeni bir lider müəyyən etməli və namizədliyini irəli sürməlidirlər.
İranda kütləvi etirazlar dekabrın sonlarından başlayaraq ölkənin iqtisadi vəziyyətindən narazılıq səbəbindən baş verib. “Time” jurnalı İran Səhiyyə Nazirliyinin iki yüksək vəzifəli məmuruna istinadla etirazlar zamanı ən azı 30.000 insanın öldüyünü bildirib. Lakin İran rəsmiləri iğtişaşlar nəticəsində ölənlərin sayının 3117 olduğunu bəyan ediblər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 29 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















