İslahatlar təhsil sistemini yeniləşdirir
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün respublikamızda milli təhsil sisteminin inkişafına xidmət edən, təkan verən bütün amillər yeni nəslin fiziki cəhətdən sağlam, mənəvi yöndən yurdsevər, zehni baxımdan bilikli olmasına yönəldilib.
Təhsilverənlərin, təhsilalanların etik davranış qaydalarının işləkliyi, vahid məktəbli formasına keçid, təlim-tərbiyə prosesinin ahəngdarlığı, təhsil müəssisələrinin idarə olunmasının elektron sistemin tətbiqi, illik fəaliyyət planlarının çevikliyi və hesabatlılığın asanlaşdırılması qarşıya qoyulan muham vəzifələr sırasında yer alıb.
Fənn müəllimlərinin işə qəbulundakı yeniliklər və ilk dəfə sertifikasiyasının həyata keçirilməsi, məktəblərin müasir avadanlıqlarla təminatı, elektron jurnalın tətbiqi, şagirdlərə verilən təhsil sənədlərinin elektron formada əvəzlənməsi, məktəbə qəbul zamanı direktor kabinetlərinin elektron valideyn kabinetləri ilə əvəzlənməsi, təhsil müəssisələrinin növbəli şəkildə əsaslı təmiri, yeni, ən müasir məktəb binalarının tikintisi və s. bu sahədə mühüm islahatlardan xəbər verir.
“İbtidai təhsil pilləsində inklüziv təhsilin tətbiqi” layihəsinin uğurlu tətbiqi nəticəsində ölkəmizdə onlarla məktəbdə yüzlərlə sağlamlıq imkanları məhdud uşaq ümumi siniflərdə fərdi təhsil proqramı əsasında təhsilə cəlb olunub. Sözsüz ki, təhsildə inklüziv yanaşma bütün vətəndaşların təhsil hüququna sahib olması kimi təsnif olunur.
Milli təhsilin inkişafına xidmət edən mütərəqqi addımlardan biri kimi tədris modelli təmayül məktəblərin yaradılmasını da qeyd etmək olar. Repetitorluq təzyiqindən, maliyyə və psixoloji baxımdan, şagird və valideynlərə dəstək nöqteyi-nəzərdən bu layihə böyük əhəmiyyət kəsb edir.
Sözsüz ki, müasir texnologiyaların bu və ya digər məsələlərin həllində rolu böyükdür. Belə ki, zəruri, vaxtaparan məsələlərin həlli asanlaşıb, təlim prosesində İKT bacarıqları mövzunun öyrədilməsi və mənimsənilməsində əvəzsiz vasitəyə çevrilib
Valideyn–məktəb qarşısında qarşıya qoyulan əsas vəzifə savadlı, geniş dünyagörüşlü, ləyaqətli, vətənini sevən vətəndaş yetişdirməkdir. Təbii ki, aparılan islahatların əsas hədəfi bu vəzifələrin icrasını elmi baxımdan əsaslandırılmış, düzgün metodiki yanaşma ilə tədris şəraitinin yaradılmasını təmin etməkdir.
Şagirdlərin təhlükəsiz və sağlam mühitdə yüksək bilikli və mənəviyyatlı müəllimlərdən dərs almaları, pulsuz dərsliklərlə təminatı dövlətin öz vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Tədrisin təşkili, elektron qeydiyyat və davamiyyət, şagird ilə fərdi iş, xüsusi monitorinqlər və s. ümumi təhsil sistemində mövcud nöqsanların aradan qaldırılmasına xidmət edir.
Qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsində bütün təhsil işçilərinə uğurlar arzulayıram.
Mirfaiq MİRHEYDƏRLİ,
Bakı şəhəri 138 nömrəli tam ümumtəhsil məktəbinin direktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















