Icma.az
close
up
RU
İslam alimlərindən fərqli MÖVQE: Bu zəkatı hansı müsəlmanlar verməlidir?

İslam alimlərindən fərqli MÖVQE: Bu zəkatı hansı müsəlmanlar verməlidir?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fitrə zəkatı oruc tutub, Ramazan ayının sonuna yetişən hər müsəlmanın verməli olduğu vacib bir sədəqədir.

Bu ibadət həm tutulan orucların nöqsanlarını bağışlayır, həm də cəmiyyətin yoxsul və imkansız üzvlərinə yardım etməklə sosial ədaləti təmin edir.

Fitrə zəkatı həmçinin imkanı yetən müsəlmanlar üçün zəkatın bir növüdür və məqsədi ehtiyacı olanlara yardım etməkdir. Fitr həm fərdi təmizlənmə, həm də cəmiyyətdəki sosial bərabərliyin gücləndirilməsi baxımından mühüm rol oynayır.

Bəs, bu günün Azərbaycanda, xüsusilə iqtisadi çətinliklər yaşayan ailələrə yardım baxımından fitrə zəkatı nə dərəcədə əhəmiyyətlidir?

Mövzu ilə bağlı Gununsesi.info o-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dinimizə görə, hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir.

O, qeyd edib ki, Ramazan ayına xas əməllərdən biri də fitrə zəkatıdır.

“Fitrə zəkatının əsas məqsədi imkansız insanlara yardım etmək və onların bayramlarını daha sevincli keçirə bilmələrinə kömək etməkdir. Bu zəkatın məbləği, verilən ərzağın qiymətinə görə dəyişir. Məsələn, buğda ilə hesablanarsa, məbləğ daha aşağı, amma xurma və ya düyü ilə hesablanarsa, daha yüksək olur. Çünki bu ərzaqların qiymətləri fərqlidir.

Fitrə zəkatı yalnız dini bir məsələ deyil, eyni zamanda cəmiyyətimizə böyük təsir göstərən bir əməldir. Bu zəkat, cəmiyyətdəki sosial bərabərsizliyi azaltmağa və ehtiyacı olan insanlara dəstək olmağa kömək edir. Yardım olunan şəxslər bayramda maddi sıxıntılardan uzaq olur və bu da onların ruh halını yaxşılaşdırır.

Bəzi alimlər fitrə zəkatının yalnız ərzaqla verilməsini vacib sayır, amma bugünki həyat şəraitində bir çox alimlər fitrə zəkatının pul şəklində verilə biləcəyini bildirirlər. Çünki pul verildikdə, zəkatı alan şəxs öz ehtiyacına uyğun ərzaq və ya digər əşyaları ala bilər. Bu da daha faydalı olur.

Fitrə zəkatı yalnız imkansız insanlara verilməlidir və Ramazanın sonuncu gününə, ən geci isə bayram namazına qədər verilməlidir. Fitrə zəkatı verərək, həm cəmiyyətin həmrəyliyini artırırıq, həm də bir-birimizə dəstək olmuş oluruq. Sosial məsuliyyətimizi yerinə yetirərək, həmrəyliyi gücləndiririk və insanları bir-birinə yaxınlaşdırırıq”, – deyə o vurğulayıb.

Deputat əlavə edib ki, cəmiyyətdə fitrə zəkatına həssas yanaşmalı və yardıma ehtiyacı olan insanlara kömək edilməlidir:

“Belə günlərdə, yardımlaşmaq və bir-birimizə dəstək olmaq çox vacibdir. Cəmiyyəti qoruyan insanların bir-birinə dəstəyi, sosial bərabərliyi və ədaləti təmin edir. Biz hər kəs bu məsələdə fəal olmalı, birlik və həmrəyliyimizi möhkəmləndirməliyik.

Allah bütün oruc və dualarımızı qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun”.

İlahiyyatçı Tural İrfan Gununsesi.info -ya bildirib ki, fitrə zəkatı İslam fiqhində zəkat olaraq adlandırılır, çünki sədəqə könüllü verilən ianədir, zəkat isə imkanlı və mükəlləf olan şəxslər üçün vacib bir ibadətdir.

“Qurani-Kərimdə zəkat çox ayədə namazla birlikdə xatırlanır, çünki namaz kimi zəkat da ibadət sayılır. Zəkat maldan, puldan, qızıldan verilən və müsəlmanların ildə bir dəfə müəyyən bir nisabla verdiyi ibadət növüdür. Ramazan ayında verilən fitrə də zəkat adlanır, çünki bu da vacibdir. Fitrə zəkatı yalnız gücü və imkanı çatan insanlara vacibdir. Fitrə verməməli olanlar isə ehtiyacı olanlardır, yəni onlara fitrə verilməlidir.

Oruc tutan və ya tutmaq imkanı olmayan şəxslər, ailələrinin sayı nəzərə alınaraq, adam başına təqribən 1500 qramdan 3 kq-a qədər (fərqli rəvayətlərə və məzhəblərə görə dəyişir – T.İ.) ərzaq və ya pulla yardımlarını ehtiyacı olanlara verirlər. Fitrə zəkatı, əsasən, xurma, buğda, arpa, düyü, qarabaşaq, lobya, pendir və mərcimək kimi ərzaqlarla verilir, çünki bu ərzaqlar gündəlik qida məhsullarıdır. Bu məhsulların miqdarı və dəyəri, müxtəlif insanların imkansızlıq və imkanlarını nəzərə alaraq fərqli şəkildə verilə bilər. Yəni, buğdaya imkanı çatan onun dəyərində, xurmaya imkanı olan isə xurma ilə verməlidir.

Yaxşı olar ki, imkanı geniş olan adamlar daha çox miqdarda və daha böyük məbləğdə zəkat versinlər.

Həzrət Muhəmməd Peyğəmbər (s) buyurur ki, zəkat malı bərəkətli edir, təmizləyir və saflaşdırır. Zəkat vermək, bədənə qan aldırmaq kimidir; bədən təmizlənir və yerinə təzə, sağlam qan formalaşır. Zəkat malı azaldmaz, əksinə bərəkətini artırar. Allah yolunda verilən mal və pul mütləq faydalıdır”, – deyə o bildirib.

T. İrfan qeyd edib ki, fitrə zəkatı yalnız kasıblara yardım etməkdən ibarət deyil, eyni zamanda onların həyatını asanlaşdırır, bayramı yaşamağa imkan verir və cəmiyyətdə birlik və həmrəylik yaradır.

“Fitrə, oruc tutan insanların yalnız öz bədənlərini yox, ruhlarını və əxlaqlarını da saflaşdırmalarına kömək edir. Ramazan boyunca oruc tutan bir insan, bir ay boyunca özünü kənara qoyaraq, ehtiyaclılara diqqət yetirmək və onlara yardım etmək mövzusunda daha çox şüurlu olur. Fitrə zəkatı da bu yardımı reallaşdırmaq üçün mühüm bir vasitədir.
Kasıblara verilən fitrə, onların bayramda şadlıq və sevinci yaşamağına imkan tanıyır. Bayram günü, kasıblar da digər insanlarla birlikdə sevincini paylaşa bilməli, evlərində ərzaq və pul olmalı və ailələri ilə bayramı qeyd etməlidirlər. Fitrə zəkatı bu baxımdan onların maddi çətinliklərini aradan qaldırmaq və bayramlarını həmrəylik içində yaşamaqlarını təmin etmək məqsədi daşıyır.

Həmçinin, fitrənin kasıblara verdiyi mahiyyət yalnız maddi yardım deyil, həm də sosial ədalətin gücləndirilməsi, bərabərlik və dostluq münasibətlərinin inkişafıdır. Kasıblar bu yardımla cəmiyyətin digər üzvləri ilə eyni sevinc və bayramı yaşamağa layiq olurlar. İslamda, zəkatın və fitrənin bu şəkildə verilməsi, cəmiyyətdəki hər bir fərdin bir-birinə dəstək olması, yardımlaşması və ehtiyacı olanların qayğısına qalınması kimi yüksək əxlaqi dəyərləri təbliğ edir.

Fitrə zəkatı həmçinin, cəmiyyətin kasıb təbəqəsinə qarşı həssaslıq və şəfqət göstərməyə, onların həyat şəraitini yaxşılaşdırmağa və həmrəyliyi artırmağa yönəlmiş mühüm bir addımdır. Bu, həm dini, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edən bir ibadət və məsuliyyətdir”, – deyə ilahiyyatçı əlavə edib.

T.İrfan vurğulayıb ki, Ramazan ayında insanlar yalnız bədənlərini deyil, ruhlarını da saflaşdırmalıdırlar:

“Əgər bir şəxs Ramazan boyu oruc tutub, namaz qılıb, amma ayın sonunda əxlaqını və davranışlarını müsbət yöndə dəyişməyibsə, deməli, onun orucu yalnız pəhrizdən ibarət olmuş olur. Bu ibadətlərin əsas məqsədi insanları mənəvi cəhətdən təmizləməkdir. Peyğəmbərimizdən soruşmuşdular ki, qıldığımız namazın qəbul olduğunu necə bilək? Həzrət Muhəmməd (s.a.s) buyurub: “Əgər namaz sizi pis əməllərdən çəkindirirsə, demək, qəbul olub. Yox, əgər çəkindirmirsə, deməli, qəbul olmayıb”.
Eyni şey oruc üçün də keçərlidir. Mən çox adam görürəm ki, Ramazan ayında oruc tuturlar, amma yenə də günahlarla, qeybətlə, şər-böhtanla, fitnə-fəsadla məşğul olurlar. Bu isə deməkdir ki, onların orucu qəbul olunmayıb, çünki qəbul olunmuş oruc insanı pis əməllərdən çəkindirər.

İbadətlər təmənnasız və fərqinə vararaq edilməlidir. Zahiri şəkildə, borc ödəyirmiş kimi ibadət etmək, əslində, ticarət etməkdir. İbadətin əsas məqsədi insanın mənəvi dünyasını təmizləmək və onu Allah yolunda düzgün yaşamağa yönəltməkdir”.

T. İrfan sonda onu da vurğulayıb ki, pul məbləği açıqlamaq və ya miqdar müəyyən etmək düzgün deyil:

“İbadətlər pulla alınıb sayılmır və onun qiyməti ölçülə bilməz. Sadəcə olaraq, qaydanı düzgün şəkildə izah etmək lazımdır ki, insanlar öz imkanlarına uyğun olaraq nə qədər fitrə verməli olduqlarını müəyyən etsinlər. Hamı üçün eyni məbləğ açıqlayanda, kasıb və imkansız təbəqə buna etiraz edir və hətta düşünürlər ki, bu, dinin əmridir. Bu cür yanlış başa düşülmələr dinə qarşı mənfi münasibət yarada bilər. Dinimiz ədalətsiz deyil ki, kasıba da, varlıya da eyni məbləğ təyin etsin. Dinimiz, hər kəsin imkanlarına uyğun olaraq fitrə verməsini tələb edir və bu prinsipi izah edərkən diqqətli olmaq vacibdir”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see217

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see164

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see152

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see149

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see147

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see128

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see126

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see125

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see125

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see123

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see120

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see120

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see118

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see117

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri