Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Mövqe bildirin, cənablar!

Mövqe bildirin, cənablar!

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər ictimai rəyə ciddi təsir göstərən, cəmiyyətin diqqətini çəkən, böyük səs-küy yaradan hadisələr baş verir. Dövlət çevrilişinə cəhd, Konstitusiya quruluşuna təhdid, ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd ittihamları artıq açıq şəkildə səsləndirilir. Adı bu iddialarla hallanan şəxslərin başında isə Prezident Administrasiyasının sabiq rəhbəri, uzun illər hakimiyyətin əsas dayaqlarından biri olmuş akademik Ramiz Mehdiyevin adı çəkilir.
Bəs bu qədər böyük səs-küyə, cəmiyyəti silkələyən hadisənin üzə çıxmasına baxmayaraq, uzun müddət iqtidarda təmsil olunmuş bir sıra keçmiş və hazırkı məmurlar, deputatlar, hakimiyyətyönlü siyasətçilər niyə susub danışmırlar? Danışanların da bir çoxu ümumi, “statusa uyğun” fikirlərlə kifayətlənirlər. Çoxları konkret mövqe ortaya qoymur. Sanki gözləmə mövqeyindədirlər. Amma nəyi gözləyirlər?

“Mövqeni bildir!” - Bu çağırışın müəllifi müasir Azərbaycanın siyasi yaddaşında böyük iz buraxmış mərhum Ümimmilli lider Heydər Əliyevdir.

1993-cü ildə - ölkənin taleyüklü dönəmində səsləndirilmiş bu çağırış təkcə konkret situasiyaya deyil, bütövlükdə siyasi-ictimai məsuliyyətə ünvanlanmışdı. Amma görəsən o çağırışın səsi bu gün eşidilirmi?

“Ramiz Mehdiyev olayı”na görə susmaq təksə şəxsi qorxu ilə izah oluna bilməz. Burada dərinləşmiş bir siyasi mədəniyyət problemi var – məsuliyyətsiz loyalizm. Bu, nəinki fərdi cəsarətin yoxluğunu göstərir, həm də cəmiyyətlə əlaqənin kəsildiyini sübut edir. İnsanlar görür, eşidir, sual verir. Lakin onların seçdiyi, güvəndiyi adamlar sükut divarının arxasına çəkiliblər, susurlar.

Sükut isə bəzən mövqedir. Amma indiki halda, bu, qorxaq mövqedir.

Sual olunur: uzun illər boyu dövlətin ən strateji strukturuna rəhbərlik etmiş bir şəxsin adı belə ciddi ittihamlarla hallanırsa, parlamentin üzvləri, hakim partiyanın nümayəndələri, sabiq dövlət adamları niyə mövqe bildirmirlər?


Unutmaq olmaz ki, mövqe bildirmək sadəcə keçmiş bir məmurun tənqidi deyil – bu, dövlətin keçmişinə, bu gününə və gələcəyinə münasibətdir. Əgər bir sistemin içində olmuş şəxslər indiki həssas məqamda da mövqesiz qalırsa… Axı cəmiyyət onlardan mövqe gözləyir.

Sosial şəbəkələrdə, ictimai debatlarda bu məsələ artıq geniş şəkildə müzakirə olunur. Vətəndaşlar sual verir, amma bu suallara cavab verməli olan şəxslər - deputatlar, keçmiş məmurlar, hakimiyyətyönlü siyasilər susurlar.
Heydər Əliyev deyirdi: “Dövlət adamı çətin anlarda susmaz – danışar, mövqe göstərər”. Bu gün məhz o çətin anlardan biridir. Məsuliyyətlə danışmaq, aydın və dürüst mövqe göstərmək zamanıdır.
Mövqe bildirin, cənablar!
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see615

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see588

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see586

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see493

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see398

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see375

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see360

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see332

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see326

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see320

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see315

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see314

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see308

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see308

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see304

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see296

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri