Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

İslam həmrəyliyi harada başlayır, harada bitir?

İslam həmrəyliyi harada başlayır, harada bitir?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onun vahid məktəbli geyiminə dəxli yoxdur

Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qərar informasiya savaşı alətinə çevrilib. Mövzu xarici media resursları tərəfindən kontekstindən çıxarılaraq, guya Azərbaycanda hicabın qadağan edilməsi və ya islami dəyərlərə qarşı münasibətin pisləşməsi kimi təqdim edilir. Mövzunu manipulyasiya edərək, onun üzərindən insanların dini duyğularına toxunan emosional çərçivə yaradılır. Azərbaycan dövləti ilə vətəndaşları arasında etimadın zəiflədilməsinə yönəlik təşəbbüslər göstərilir. Proses bir çox ölkələrin üzərindən həyata keçirilsə də, İran mediasında və sosial şəbəkələrin İran seqmentində daha sistemli şəkildə idarə olunur. Özlərini İslamın və dini dəyərlərin müdafiəçisi kimi göstərərək, guya Azərbaycanda "dinin sıxışdırılmasına qarşı çıxdıqları" görüntüsünü yaradırlar.

Məsələ ondadır ki, İran mediası azad, müstəqil, liberal təmayüllü deyil. Hər bir media subyektinin arxasında konkret hərbi, siyasi və ya radikal “dini” mərkəzlər dayanır. Buna görə də həmin media resurslarının qondarma “dini təəssübkeşliyə” əsaslanan təbliğatını İranın siyasi mərkəzlərinin ideoloji maraqlarından kənarda nəzərdən keçirmək olmaz. Sadə bir təhlil kifayət edir ki, İran mediasının, xüsusilə “Səhər” TV-nin və sosial şəbəkə hesablarının yaydıqları məlumatların kampaniya xarakteri daşıdığı aydın olsun. Sentyabrın 30-da Qum şəhərində “dini mərkəz”lər tərəfindən keçirilən konfrans və orada Azərbaycanda guya hicabın qadağan edildiyi barədə iddiaların səsləndirilməsi də sübut edir ki, İran mediasının yazdıqları konyukturadır, sifarişlərə əsaslanır. Onlar məktəbli geyimi ilə bağlı məsələni “İslama qarşı mübarizə” kimi təqdim etməklə, dini hissləri qızışdırmaq və cəmiyyətdə qarşıdurma yaratmaq istəyirlər.

Əgər İran həqiqətən də İslamın və müsəlmanların təəssübünü çəkirsə, onda bir sıra suallara da cavab verməlidir. Məsələn, cavab verməlidir ki, 44 günlük Vətən müharibəsi dövründə İranın mövqeyi niyə müsəlman Azərbaycanın maraqları ilə üst-üstə düşmürdü? Niyə Ermənistanla hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığı özünün xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi? Azərbaycanın ərazilərinin işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılmış məscidlərə, dini abidələrə və digər mədəni irs nümunələrinə münasibətdə eyni prinsipiallığı nümayiş etdirmədi? Nə üçün Ermənistana kəşfiyyat məlumatları, hərbi və digər təyinatlı mallar göndərdi, Azərbaycan Ordusu üzərində üstün mövqe qazandırmağa çalışdı?

Təbii ki, Azərbaycan xalqı İranın və İran mediasının Qarabağ məsələsində tutduğu mövqeyi yaxşı xatırlayır. Onlar həmin dövrdə bizlərin-dindaşlarının yanında deyil, düşmən cəbhədə yer tutdular. Azərbaycan xalqı üçün taleyüklü məsələ olan Qarabağ mövzusunda düşmən düşərgədə, Ermənistanın səfində yer tutan İran mediası indi Azərbaycan xalqının xeyrinə danışarmı? Təbii ki, yox. Onlar Qarabağ məsələsində yanlış mövqe tutduqları kimi, vahid formalı məktəbli geyimi məsələsində də yanlış mövqe tuturlar. Azərbaycan cəmiyyəti bu cür materialları emosional reaksiyalarla deyil, faktların yoxlanılması, mənbələrin etibarlılığının qiymətləndirilməsi əsasında dəyərləndirməlidir.

Təəssüf doğuran hal Türkiyənin media və sosial şəbəkə məkanında da oxşar yanaşmaların müşahidə edilməsidir. Daha ciddi narahatlıq doğuran isə bu müzakirələrə bəzən rəsmi vəzifə daşıyan şəxslərin də qoşulmasıdır. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycandakı məktəbli geyimi məsələsini kontekstdən çıxaranlar cərgəsinə qoşulması, qondarma “hicab kampaniyası”na qoşulması diqqət çəkir. O, hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığını iddia edərək, Azərbaycanın bu qərardan geri dönməli olduğunu bildirib.

Təbii ki, dini azadlıqlar və təhsil hüququ barədə fikir bildirmək hər kəsin haqqıdır. Lakin yüksək vəzifə tutan şəxslərin belə həssas məsələlərə münasibətdə faktları, hüquqi çərçivəni və mümkün siyasi nəticələri nəzərə almaları xüsusi əhəmiyyət daşıyır. Konkret hadisələrə dair bütün məlumatlar dəqiqləşdirilmədən qəti hökmlər vermək, məsələni emosional və siyasi ritorika ilə təqdim etmək iki qardaş ölkənin ictimaiyyətləri arasında süni gərginlik yaratmaqdan başqa bir şey deyil.

Yeni Azərbaycan Partiyasının bu açıqlamalara münasibət bildirməsi də müzakirənin siyasi tərəfini üzə çıxardı. İstənilən halda, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin tarixi, strateji və mənəvi əhəmiyyəti belə məsələlərdə qarşılıqlı həssaslıq, məsuliyyət və düzgün informasiya mübadiləsini daha da vacib edir. “Bir millət, iki dövlət” prinsipi yalnız ortaq dəyərləri deyil, həm də bir-birinin suverenliyinə və daxili qərarlarına hörmət etməyi nəzərdə tutur.

İslam həmrəyliyi siyasi maraqlara uyğun gələndə xatırlanan, uyğun gəlməyəndə isə unudulan ritorika olmamalıdır. O, prinsipiallıq, ardıcıllıq və ədalət tələb edir. İslamın və müsəlmanların müdafiəsindən danışanlar, ilk növbədə, bu prinsiplərə öz münasibətlərində sadiq qalmalıdırlar. Əks halda, dini dəyərlərin müdafiəsi adı altında aparılan fəaliyyət həqiqi həmrəylikdən uzaqlaşaraq siyasi təbliğat vasitəsinə çevrilir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see971

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see385

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see278

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see263

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see218

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see213

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see206

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see192

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see190

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see183

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see171

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see170

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see161

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see161

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri