İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Dağıstan əsilli rusiyalı MMA döyüşçüsü İslam Maxaçev UFC 330 turniri çərçivəsində irlandiyalı İan Qerri üzərində qələbə qazanıb.
APA xəbər verir ki, Filadelfiyada (ABŞ) keçirilən döyüş beş raund davam edib. Maxaçev hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Bu qələbə ilə İslam Maxaçev yarımorta çəkidə UFC çempionluq kəmərini qoruyub. O, həmçinin UFC-də ardıcıl 17-ci qələbəsini qazanaraq tarixi rekorda imza atıb.
Bununla da Maxaçev braziliyalı Anderson Silvanın UFC-də ardıcıl 16 qələbəlik rekordunu geridə qoyub.
34 yaşlı İslam Maxaçevin peşəkar MMA karyerasında 29 qələbə və 1 məğlubiyyəti var. 28 yaşlı İan Qerrinin aktivində isə 17 qələbə və 2 məğlubiyyət qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:Maxaçev Qerrini məğlub etdi
16 Avqust 2026 08:39
İslam Maxaçev UFC də çempionluq döyüşünə çıxacaq
03 Avqust 2025 15:51
Maxaçev çempionluq kəmərini qorudu
16 Avqust 2026 11:00
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
18 İyun 2026 04:26
İslam Maxaçev titulunu qorudu UFC də 17 ci ardıcıl qələbə
16 Avqust 2026 08:41
Baxış sayı:96
Bu xəbər 16 Avqust 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















