Icma.az
close
up
RU
İSLAM ÖLKƏLƏRİNİN YENİ GÜC MƏRKƏZİ QURULUR İtirən tərəf ABŞ və İsrail, qazanan tərəf Türkiyədir

İSLAM ÖLKƏLƏRİNİN YENİ GÜC MƏRKƏZİ QURULUR İtirən tərəf ABŞ və İsrail, qazanan tərəf Türkiyədir

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Hərbi-sənaye kompleksi və etibarlı tərəfdaş imici Türkiyəni Orta Doğunun yeni güc mərkəzinə çevirir

Namiq Bilal

HƏMAS liderlərini öldürmək üçün İsrail Qətərə aviazərbə endirdi. Məqsədə nail oldular, yoxsa olmadılar – bu, üçüncü-dördüncü dərəcəli məsələdir. Bu hücumun doğurduğu ən əhəmiyyətli məsələ meydana gələn geosiyasi nəticələrdir.

Birinci nəticə: İsrail bütün növ qırmızı cizgiləri keçməyə hazır olduğunu qəti şəkildə təsdiqlədi. Cavab isə yoxdur. Ərəblər ABŞ qorxusu qarşısında elə həmin ABŞ-dən aldıqları trilyonlarla dollarlıq müdafiə sistemlərini İsrailə qarşı istifadə edə bilmirlər. Daha doğrusu, istəsələr belə istifadə edə bilməzlər. Çünki həmin sistemləri işə salan açarlar və parollar Birləşmiş Ştatların əlindədir. Qətərin on milyardlarla dollar dəyərindəki radarları və “Patriot” da daxil olmaqla digər müdafiə sistemləri yaxınlaşan və atəş açan İsrail təyyarələrini görmədilər.

İkinci nəticə: ABŞ ən etibarsız tərəfdaş olduğunu yağ içində böyrək kimi üzən ərəb şeyxlərinə göstərdi. Ağ Ev əyanı şəkildə sübuta yetirdi ki, istənilən “strateji müttəfiqini” elə birinci döngədə satmağa hazırdır. Bütün varidatlarını və təhlükəsizliklərini ABŞ-a əmanət etmiş ərəb monarxiyaları vəziyyətlərinin nə dərəcədə fəlakətli olduğunu anladılar. Bu, çox böyük geosiyasi qırılmadır. 

Ərəb şeyxləri ABŞ-dən çox məsələdə narazı olsalar da, təhlükəsizlik məsələsində Ağ Evə hər zaman etibar ediblər. Hesab olunurdu ki, varlı ərəb monarxiyalarında çox ciddi neft və maliyyə maraqları olan ABŞ bu monarxiyaların təhlükəsizliyi məsələsində heç kimə güzəşt etməz. İndi isə bu etibar kökündən sarsıldı. Bıçaq sümüyə dirəndi və bir-birinin ardınca Qətər paytaxtına səfər edən körfəz liderləri açıq şəkildə bəyan edirlər ki, bölgə üçün yeni təhlükəsizlik arxitekturası qurulmalıdır.

Üçüncü nəticə: Dohadakı HƏMAS liderlərini Türkiyə kəşfiyyatı xilas edib. The Wall Street Journal qəzetinin və İsrail mətbuatının iddiasına görə, məhz türk istihbaratından gələn məlumat sayəsində həmasçılar ölümdən qurtulublar. 

Qətərdə Türkiyənin hərbi bazası var. Yada salaq ki, məhz türk bazasındakı əsgərlər Qətər şeyxini sui-qəsddən və dövlət çevrilişindən xilas etmişdi. Maraqlı vəziyyət yaranır: ABŞ-ın tərəddüdsüz satqınlığı fonunda Türkiyə özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Qətəri dövlət çevrilişindən və bəlkə də məhv olmaqdan xilas edən Türkiyə, körfəzin digər ərəb monarxiyaları üçün də alternativ təhlükəsizlik qarantı statusunu qazanmaqdadır. Türkiyə mətbuatında gedən məlumatlara görə, Qətərə hücumdan dərhal sonra türk müdafiə sənayesi şirkətləri 2 milyard dollarlıq hava hücumundan müdafiə sistemi sifarişi alıblar. Bu sifarişin hansı dövlət tərəfindən verildiyi açıqlanmır.

Dohadakı hansısa ikimərtəbəli villaya atılan cəmi beş raket Böyük Orta Doğuda 70 ildir mövcud olan təhlükəsizlik sistemini kökündən sarsıtdı. Bu sarsıntı ilk növbədə illərdir ABŞ təhlükəsizlik çətirinin altında yatışan ərəb şeyxlərinin beyinlərində baş verdi. Ayıldılar və nə gündə olduqlarını öz gözləri ilə gördülər. İsrail bəyan edir: “Təhlükəli saydığımız istənilən adamı istədiyimiz yerdə vuracağıq.” 

Bu o deməkdir ki, İsrail istəsə, Səudiyyə Ərəbistanını, Küveyti, Omanı və BƏƏ-ni də vura bilər. ABŞ da buna göz yumar, satdığı müdafiə sistemləri də çalışmaz. Trilyonlarla dollarlıq sərvətə sahib olan şeyxlər çıl-çılpaq ortada qalıblar.

Qətərə zərbənin yaratdığı yeni situasiya ABŞ və İsrail üçün son dərəcə zərərlidir. Birləşmiş Ştatlar əksər dünya ölkələri qarşısında etibarını və hegemoniya iddiasını ildırım sürətilə itirir. Bu sıraya ərəb monarxiyaları da qoşuldular. Qətərdən səslənən çox önəmli bir bəyanat isə İsrailin arzulamadığı mənzərənin yarandığını göstərir. Qətərin xarici işlər nazirinin verdiyi bəyanata görə, İsrailə qarşı tədbirlər almaq üçün yaxın günlərdə ərəb və digər müsəlman dövlətlərinin birgə fəaliyyəti başlanacaq. Yəni Böyük Orta Doğunun yeni təhlükəsizlik konstruksiyası gündəlikdədir və bu konstruksiyada ABŞ və Avropanın adı keçmir. 

Başqa sözlə, bütün sərhədləri aşan və hamı üçün böyük təhlükəyə çevrilən İsrailə qarşı yeni güc mərkəzinin formalaşması gündəlikdədir. Ərəb şeyxləri İsrailin fələstinlilərə və suriyalılara qarşı amansızlığına dözürdülər. İndi isə masaya həmin şeyxlərin özlərinin təhlükəsizliyi məsələsi qoyulub. Və onlar addım atmaq, özlərini qorumaq zorundadırlar.

Yeni güc formalaşacaqsa, həmin gücün ABŞ silahlarından başqa böyük silah-sursata ehtiyacı olacaq. Bu gün müsəlman dünyasındakı ən qüdrətli hərbi-sənaye kompleksi Türkiyədədir. Üstəlik, Türkiyə Qarabağ, Qətər, Suriya, Liviya, Ukrayna və digər konfliktli məsələlərdə yüz faiz güvəniləcək tərəfdaş olduğunu əyani sübuta yetirib. Təbiidir ki, böyük hərbi-sənaye kompleksi və etibarlı tərəfdaş imici Türkiyəni Orta Doğunun yeni güc mərkəzinə çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri