Icma.az
close
up
RU
İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: Sığorta yoxdur deyə nəsə edə bilmirik

İsmayıllıda damı uçan vətəndaşa aidiyyəti qurumun cavabı: Sığorta yoxdur deyə nəsə edə bilmirik

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İsmayıllı rayonu Kürdmaşı kəndində vətəndaşa məxsus evin damını külək uçurub.

Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, həmin ev kənd sakini Siyahət Allahverdi qızı İsgəndərovaya məxsusdur.

"Evdə üç nəfərdirlər - ana, oğlu və qızı. Oğlu yanvarın 3-də əsgər gedəcək. Amma nə baxan, nə də maraqlanan var. Bələdiyyə və icra nümayəndəsi gəlib baxıb deyiblər ki, sığortan yoxdur, biz heç nə edə bilmərik. Ailə çox imkansızdır".

İsmayıllı Rayon İcra Hakimiyyətinin birinci müavini Mahmud Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, icra hakimiyyətlərinə vəsait ayrılmadığı üçün onlar vətəndaşa kömək etməkdə çətinlik çəkirlər.

"Əgər vətəndaşın sığortası varsa, biz akt yazırıq və vətəndaşla birgə sığorta şirkətinə təqdim edirik. Sonra vətəndaş gedib dəymiş ziyanı sığorta şirkətindən alır. Məsələ budur ki, sözügedən vətəndaşın sığortası yoxdur. Bizim nümayəndələr orada olublar, bələdiyyə də olub, ev sahibi ilə söhbət aparıblar. Bələdiyyəyə tapşırmışıq ki, imkan daxilində kömək etsinlər. İmkan daxilində, gücümüz çatan qədər biz də nəsə edəcəyik, ancaq tam olaraq vətəndaşın evini təmir etmək gücündə deyilik", - deyə M.Süleymanov bildirib.

Məsələ ilə bağlı Kürdmaşı kənd bələdiyyəsinin sədri Tünzalə İsmayılova isə Oxu.Az-a açıqlamasında bildirib ki, külək vətəndaşın evinin damını yox, evin qarşısına əlavə etdiyi quraqlığı uçurub.

"Hadisə baş verən gün özüm orada olmuşam. Oğlan evdə yox idi, anası və bacısı evdə idilər. Evin damı uçmayıb. Evə heç nə olmayıb. Sadəcə, evə bir artırma, quraqlıq yapışdırıblar, həmin quraqlığı külək götürüb, yarısını evin arxa tərəfinə atıb, yarısını da ön tərəfinə. Şəklini də çəkmişəm. Baxanda özünüz də görəcəksiniz ki, evin damına heç nə olmayıb, aşan sonradan əlavə olunan quraqlıqdır.

Bildirmək istəyirəm ki, güclü külək nəticəsində ziyana düşən tək o ailə deyil. Təbii fəlakət nəticəsində kənddə bir çox evlərə və hasarlara ziyan dəyib. Ümumilikdə haradasa səkkiz-on nəfərə yardım olunmalıdır. Təbii ki, bu halda dövlət sığorta tələb edir, onların da heç biri sığortalı deyil.

Bələdiyyə olaraq da büdcəmizdə hazırda heç nə yoxdur. Gücümüz çatan qədər onların hamısına kömək etməyə çalışacağıq. Yəni ilin axırına yığılan vergilərdən çalışacağıq ki, hamısına müəyyən qədər kömək edək. Amma vətəndaşlar da vaxtında sığorta etdirməlidirlər ki, belə hadisələr baş verəndə çətin vəziyyətdə qalmasınlar", - deyə bələdiyyə sədri bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri