Icma.az
close
up
RU
PAŞA Sığorta İsmayıllıda uşaqları kukla teatrı ilə sevindirib

PAŞA Sığorta İsmayıllıda uşaqları kukla teatrı ilə sevindirib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə PAŞA Sığorta tərəfindən İsmayıllı rayonunda uşaqlar üçün xüsusi tədbir təşkil olunub.

APA xəbər verir ki, “GİD CSR Consulting”in tərəfdaşlığı ilə baş tutan tədbir çərçivəsində balacalara Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan “Məlikməmməd” kukla tamaşası təqdim olunub.

200-dən çox uşağın iştirak etdiyi tədbirdə uşaqların bir çoxu ilk dəfə olaraq səhnədə canlı kukla tamaşası izləmək imkanı qazanıblar. Onların sevinc və maraq dolu baxışları bu təşəbbüsün nə qədər mənalı və vacib olduğunu bir daha nümayiş etdirib. “Məlikməmməd” nağılının seçilməsi isə uşaqlara milli-mənəvi dəyərlərimizi, qəhrəmanlıq və mərdlik kimi keyfiyyətləri aşılamaq məqsədi daşıyırdı.

PAŞA Sığorta cəmiyyətə faydalı sosial layihələrin həyata keçirilməsini korporativ sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Şirkət bu cür təşəbbüslərlə uşaqların mədəni inkişafına töhfə verməyə və onların dünyagörüşünü zənginləşdirməyə davam edəcək.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 İyun 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri