İsmayıllıda qeyri sabit hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
İsmayıllı, 19 aprel, Rəşad Türkoğlu, AZƏRTAC
Son günlər ölkə ərazisində, o cümlədən İsmayıllı rayonunda müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağış və leysan suları bəzi ərazilərdə fəsadlar törədib. Lakin təbii hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər vaxtında və operativ şəkildə görülüb.
AZƏRTAC xəbər verir ki, ərazi üzrə sel sularının yaratdığı maneələr aradan qaldırılıb, yolların bərpası üçün texnika və canlı qüvvə səfərbər olunub. Həmçinin qırılmış elektrik dirəkləri yenilənib, qaz və işıq təchizatı tam bərpa edilib. Rayonun müxtəlif hissələrində zədələnmiş infrastruktur nəzarətə götürülüb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində ciddi maddi ziyan qeydə alınmayıb. Hazırda İsmayıllıda vəziyyət sabitdir, əhalinin gündəlik fəaliyyəti əvvəlki ritminə qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















