İsrail hərbçiləri Qəzzada reyd keçirdi
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı 240-dan çox fələstinli radikalı saxlayıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, həbslər anklavın şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisindəki Kamal-Advan xəstəxanasının ərazisinə məqsədyönlü reyd zamanı həyata keçirilib.
Belə ki, xəstəxana kompleksi HƏMAS silahlı qüvvələri tərəfindən komanda məntəqəsi kimi istifadə edilib. Əməliyyat başlamazdan əvvəl xəstələr və tibb işçiləri də daxil olmaqla 350 nəfər xəstəxanadan təxliyə edilib.
Klinikada aparılan axtarışlar nəticəsində silah və sursat ehtiyatları aşkar edilib. Əməliyyat zamanı xəstəxananın yaxınlığında olan bəzi radikallar tank əleyhinə qumbaraatanlardan istifadə etməklə İsrail əsgərlərinə hücum etməyə cəhd ediblər. Bir neçə radikal məhv edilib və İsrail tərəfində itki yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Dekabr 2024 04:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















