İsrail ilk dəfə etiraf etdi Onun ölümündə iştirak ediblər
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin müdafiə naziri İsrael Kats ilk dəfə olaraq, Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda məhv edilməsində ölkəsinin iştirakını rəsmən təsdiqləyib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Kats husi üsyançılarının liderlərini də hədələyib:
"Biz Tehranda Haniyə, Qəzzada onun varisi Yəhya Sinvar və Livanda "Hizbullah" lideri Həsən Nəsrullaha etdiyimiz kimi, onlara ciddi zərər verəcəyik, strateji infrastrukturlarını hədəfə alacağıq və liderlərini məhv edəcəyik", - deyə nazir qeyd edib.
Xatırladaq ki, İsmayıl Haniyə 31 iyulda Tehranda öldürülüb. İsrail daha əvvəl bu əməliyyatda iştirakını etiraf etməmişdi.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















