İsrail KİV: Xameneinin öldürüldüyünə dair artan dəlillər var
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin bu gün hava zərbəsi nəticəsində böyük ehtimalla həlak olduğunu təxmin edir.
APA İsrailin “Kanal 12” telekanalına istinadən xəbər verir ki, mənbələr bununla bağlı “ehtimalın artdığını” deyir, lakin məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Telekanal bir neçə dəqiqə əvvəl yayımladığı məlumatda İsrail tərəfinin ilkin qiymətləndirməsinə əsasən, Xameneinin ən azı yaralandığını bildirib. Qeyd olunub ki, bu nəticə onun iqamətgahının peyk görüntülərində dağıdılması faktına deyil, adı açıqlanmayan mənbələrdən əldə edilən məlumatlara əsaslanır.
“Kanal 12” həmçinin bildirir ki, bugünkü zərbələr İranın rəhbərliyi və hərbi komandirlərinə çox ciddi zərər vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















