İsrail “Madlin” gəmisinə əl qoydu: Ankaradan sərt reaksiya...
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İsrail ordusunun Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və Türkiyə vətəndaşlarının da olduğu “Madlin” gəmisinə müdaxiləsi açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Qəzzada aclıqdan silah kimi istifadə edən və humanitar yardımların çatdırılmasına mane olan İsrailin soyqırım siyasətinə beynəlxalq ictimaiyyətin haqlı reaksiyası davam edəcək. İsrailin aqressiv və qanunsuz mövqeyi bəşəri dəyərləri müdafiə edən səsləri susdurmayacaq”, - bəyanatda bildirilib.
Xatırladaq ki, İsrail müdafiə naziri Katz qanunsuz olaraq Qəzzaya doğru hərəkət edən "Madlin" gəmisinin saxlanılması barədə əmr verdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 09 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















