İsrail Qəzzaya humanitar yardımın hava yolu ilə çatdırılmasını bərpa edəcək
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Müdafiə Ordusu iyulun 26-da axşam Qəzza zolağına humanitar yardımın hava yolu ilə çatdırılmasını bərpa edəcək.
“Report”un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, humanitar yardımın hava ilə çatdırılması əməliyyatı Fələstin ərazilərində İsrail hökumətinin Koordinasiya Ofisi və İsrail Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında humanitar təşkilatlar, ordu ilə əlaqələndiriləcək.
Həmçinin bildirilir ki, BMT konvoylarının təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi humanitar dəhlizlərin təşkili barədə qərar qəbul edilib.

İsrail Qəzzaya yardımın çatdırılmasını bərpa edəcək və qarşılığında əraziyə tam nəzarət edəcək
20 May 2025 12:12
Netanyahu BMT rəsmisi ilə Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə edib
29 Avqust 2025 02:41
İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etdi
27 İyul 2025 07:55
İsrail Qəzzaya çadırların və mobil evlərin çatdırılmasını əngəlləyir
17 Fevral 2025 09:19
İsrail Qəzzaya humanitar yardımın daxil olmasına mane olur..?
23 Noyabr 2024 14:57

